» » Azərbaycan Mətbuat Şurasından

Azərbaycan Mətbuat Şurasından etiraz

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycan Mətbuat Şurasından Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Fransanın “Çarli Hebdo” jurnalının redaksiyasına olan silahlı basqınla bağlı bəyanat verib.

Xalqinfo.az-ın verdiyi məlumata görə,bəyanatda deylir ki, bu basqın nəticəsində bu kütləvi informasiya vasitəsinin əməkdaşlarının qətlə yetirilməsini dərin hüzn və böyük üzüntü ilə qarşıladıq. “Belə bir olayın Avropanın mərkəzində, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin beşiyi sayılan Fransada baş verməsi xüsusilə sarsıdıcıdır. Bu hadisə XXI əsrdə terrorun qorxunc mahiyyətini bir daha ortaya qoymaqla beynəlxalq aləmin, xüsusən də mütərəqqi media ictimaiyyətinin ona qarşı ciddi şəkildə səfərbər olmasını zərurətə çevirir. Əminəm ki, Qafqazda tolerantlıq modeli statusuna sahib Azərbaycanın media cameəsi mövcud zərurəti tam anlamıyla dərk edir, terroru, onu himayə edənləri qətiyyətlə pisləyir.

«Çarli Hebdo» jurnalının redaksiyasında baş verən kütləvi qətlin hansı səbəbdən baş verməsi hələlik məlum olmasa da, istənilən halda dəhşətli hadisənin fikir plüralizminə qarşı atılan addım mahiyyəti daşıdığı daha çox ehtimal edilir. Məhz buna görə də onu törədənlər layiqli cəzalarını almalıdırlar. Bu, demokratik Avropa üçün son dərəcə vacib məqamdır”.

Ə.Amaşov bəyanatı sosial şəbəkədə paylaşıb.
Mənbə
Modern.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler