» » Azərbaycanda yeni mərkəzlər yaradılır -

Azərbaycanda yeni mərkəzlər yaradılır - Təhsil Nazirliyinə TAPŞIRIQ

Bölmə: Sosial
Azərbaycanda yeni mərkəzlər yaradılır - Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloji mərkəzlər açılacaq. lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Qeyd olunan mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyəti hazırlanacaq.
Bu istiqamətdə işlərin həyata keçirilməsi Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə tapşırılıb. Anadangəlmə və ya sonradan qazanılmış eşitmə problemi olan şəxslərə eşitmə qabiliyyətini qaytaran daxili qulağın protezləşməsi (koxlear implantasiya) əməliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq edilməsi və bu əməliyyatın dövlət vəsaiti hesabına həyata keçirilməsi də nəzərdə tutulub. Bundan başqa, neonatal mərhələdə uşaqların eşitmə və görmə qabiliyyəti müəyyən olunacaq.
Bu işləri isə Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, eyni zamanda, Maliyyə nazirlikləri həyata keçirəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler