» » Keçən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar -

Keçən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Bölmə: Sosial, BLOK XƏBƏR
Keçən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Ötən il ərzində Azərbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən apa-ya verilən məlumata görə, oğlan adları arasında ən çox populyarlıq qazanan ad Yusif adıdır. Belə ki, ötən il ərzində doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.

Qız uşaqlarına verilən ən populyar ad isə Zəhra adıdır. Belə ki, 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.

Qeyd edək ki, Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler