DataLife Engine > SÖHBƏT, BLOK XƏBƏR > Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -

Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -


4-07-2014, 13:40. Yerləşdirdi: Tural Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər... Sağlamlığınıza biganə yanaşmayın, çalışın “Daş” ürəkli olun!

Xalqinfo. az Xəbər Portalı olaraq, tibbi sahəyə marağı artırmaq niyyəti ilə tibb müəssisələrinə baş çəkirik. Bu dəfə ürək qan - damar xəstəliyinin baş verməsi hallarından, infakt necə yaranır, isti yay mövsümündə kardioloq Tofiq Cahangirov nələri məsləhət görür?.. Sağlamlığımızın qeydinə necə qalmalıyıq bu və ya digər suallarımıza aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, kardioloq, tibb elmləri doktoru, professor Cahangirov Tofiq Şahmur oğlu ilə həmsöhbət olduq.

Görkəmli alim, dəyərli ziyalı, peşəkar kardioloq, ləyaqətli həkim, Professor Tofiq Cahangirovla müsahibəni sizə təqdim edirik!
Öncə Tofiq Cahangirovun həyat yoluna nəzər salaq. Cahangirov Tofiq Şahmur oğlu, 1963-cü ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutun müalicə profilaktika fakültəsini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun “Ürək Çatışmazlığı”şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1991-ci ildən 1993-cü ilədək Rusiya Federasiyası Səhiyyə Nazirliyi A.L.Myasnikov adına Elmi Tədqiqat Kardiologiya İnstitutuna ezam olunmuşdur. 1993-cü ilin dekabr ayında “Müxtəlif qrup dərman preparatları ilə müalicə zamanı xroniki ürək çatışmazlığı olan xəstələrdə sistolo-diastolik əlaqənin dinamikası” mövzusunda “kardiologiya” ixtisası üzrə Moskva şəhərində A.L.Myasnikov adına Elmi- Tədqiqat Kardiologiya İnstitutnun Elmi Şürasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 2006-cı il 28 fevral tarixində Moskva şəhərində “Xroniki ürək çatışmazlığı və 2-ci tip şəkərli diabet: xəstələrin ümumi xarakteristikası, kliniki mənzərə, müalicənin problemləri və praqnozu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. 1994-cü ildə “ürək çatışmazlığı” şöbəsinin elmi işçisi: 1994-1997-ci illər ərzində isə İnstitutun klinikasının baş həkimi işləyib. 1997-ci ildən bu günə qədər “Ürək çatışmazlığı” şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır. 100-dən artıq çap olunmuş işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. Daimi olaraq müxtəlif ölkələrdə keçirilən simpozium və konqreslərin iştirakçısıdır. Rusiyanın “Ürək çatışmazlığı üzrə mütəxəsislər cəmiyyətinin” və həmçinin “Ultrasəs diaqnostikası üzrə mütəxəsislər assosasiyasının”, “Avropa ürək çatışmazlığı” və “Avropa kardioloji cəmiyyətinin (ESC Fellowship)” üzvüdür; Azərbaycan kardiologiya cəmiyyətinin sədr müavini və Azərbaycan kardiologiya Jurnalının redaktorudur. 1997-ci il tədris ilində Azərbaycan Tibb Universitetinin 2-ci xəstəliklərin propedevtikası kafedrasında müəllim vəzifəsində; 2008-ci ildən etibarən isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Kliniki Kardiologiya” kafedrasında professor vəzifəsində çalışır. Elmi fəaliyyəti ilə yanaşı kliniki fəaliyyətini inkişaf etdirmək məqsədi ilə dəfələrlə Moskva şəhərindəki və Rusiya Mərkəzi Kliniki Xəstəxanasında ixtisasartırma kurslarında olmuşdur. Böyük elmi işçi, klinist kardioloq olmaqla yanaşı, ürək qan - damar sisteminin diaqnostikasında geniş istifadə olunan Doplerexokardioqrafiya üzrə mütəxəsisdir. Fəaliyyəti dövründə tibbi kadrların, tələbələrin, kursantların, rezidentlərin hazırlanmasında böyük əməyi olmuşdur.
Evlidir, 2 övladı var.
Buyurun oxuyun,tibbi biliyinizi artırın.
Hörmətli professor, artıq yay mövsümüdür, adətən bu mövsümdə ürək tutmaları və ürək ağrılarının artması hallarına tez-tez rast gəlinir. İstəyərdik bu xəstəliklərin yaranma və müalicə üsulları haqqında izləyicilərimizə məlumat verəsiniz. Fikriniz aydındır, hər bir xəstəlik fəslin gedişindən asılı olaraq öz ağırlaşmalarını göstərir. Yay fəsli ilə bağlı olaraq ürək qan-damar sistemi xəstəliklərindən arterial hipertoniya, stenokardiya, ürək çatışmazlığı olan xəstələrinin sayı həddindən artıqdır. Bildiyiniz kimi küləkli hava, isti hava - bunlar bir meteo-faktor kimi ürək qan - damar sistemi xəstəliklərinə mənfi təsir göstərir: stenokardik tutmaların sayı artır; hipertoniya xəstəliyi olan xəstələrdə tez-tez hipertonik krizlərə rast gəlinir.Ürək çatışmazlığı olan xəstələrdə isə ağırlaşmalar daha çox olur. Ürək çatışmazlığı olan xəstələrdə, təngnəfəslik, boğulma və s. artır. Səbəb nədən ibarətdir? Biz ürək çatışmazlığı olan xəstələrə məsləhət veririk ki, duzlu qidaların və mayenin miqdarını azaltsın. Bu qrup xəstələr bir litrə qədər maye qəbul etməli olduğu halda, litrdən daha çox maye qəbul edirlər. Bu isə ürək çatışmazlığının gedişinin ağırlaşmasına səbəb olur, xəstələrdə tənginəfəslik, uzanan zaman boğulma halları, öskürək artır. Ona görə də xəstələr vaxtında həkimə müraciət etməli, həkimin tövsiyyələrinə qulaq asmalı, dərmanları vaxtında qəbul etməlidir. Hipertoniya xəstəliyi olan xəstələrdə qeyd etdiyimiz meteo-faktorlar arterial təzyiqin yüksəlməsinə və hipertonik krizlərin baş verməsinə səbəb olan əsas amillərdir. Ona görə də vacibdir ki, bu qrupdan olan xəstələr vaxtında öz kardioloqlarına, müalicə həkimlərinə müraciət etsin və onların dəyərli məsləhətlərinə riayət etsinlər. Xəstəliyin vaxtında aşkar olunması və diaqnozun vaxtında dəqiqləşdirilməsi şübhəsiz ki, nəticələrə də öz müsbət təsirini göstərir.

Doktor, cəmiyyətdə belə bir yanaşma var, “gərək insan özünün həkimi olsun”, bununla razısınızmı?

Təbii ki, tək yay mövsümündə deyil bütün fəsillərdə insan özünün həkimi olmalı, öz sağlamlığına qarşı biganə yanaşmamalı və səhlənkarlıq etməməlidir. Xəstəliyin başlanğıc mərhələsində qabaqcadan qarşısının alınması, proflaktik tədbirlərin vaxtında aparılması nəticələrə də yaxşı təsir göstərir. Təəssüflər olsun ki, əksər xəstələr vaxtında həkimə müraciət etmirlər. Ona görə də ağırlaşmalar baş verir. Vaxtında müraciət etməklə 70-80% hallarda bu və ya digər xəstəliklərin qarşısını almaq mümkün olur.
Kardiologiya İnstitutunda ürək qan-damar xəstəliklərindən bu mövsümdə hansı xəstəliklər daha çox üstünlük təşkil edir və müraciət edənlər çoxdurmu?

Miokard infaktı həmişə çox olub, yenə də çoxdur. Hipertoniya xəstələrinin ağırlaşmış formaları ilə, aritmiya, ürək astması, kardiomiopatiyalar, stenokardik tutmalardan gələn xəstələrin də sayı çoxdur. Ürək ağrılarına oxşar ağrılarla (kardialgiya) müraciət edənlər əsasən cavanlardır və belə xəstələrin də sayı çoxdur.Ümumiyyətlə, vegetativ damar distoniyasi, kardionervozu olan xəstələr isti yay fəslində daha çox narahat olurlar. Onlarda ürək döyüntüləri (taxikardiya), ürək nahiyyəsində olan diskomfort hissi, sıxıntı halları daha çox olur. Belə xəstələrimiz də bizə çox müraciət edir. Kardionevrozlu xəstələr istini xoşlamır, onlar üçün yaz –payız fəsli daha rahat olur. Tövsiyyəmiz odur ki, isti yay günlərində ürək narahatlığı olan xəstələr günün isti təsirindən uzaq olsunlar. Mümkün qədər kölgədə dursunlar. Təbii ki, deyilənə əməl etmədikdə xəstəliklərin ağırlaşması özünü göstərir . Bildiyiniz kimi, yayla əlaqəli dəniz vaxtıdır və dənizdə te-tez gün vurmalar olur. Bunun da mənfi təsirləri az deyil. Yaxşı olar ki, insanlar saat 12-17 radələrində günəş şüalarından qorunsunlar. Dəniz kənarına səhər saat 1-ə qədər və axşam 5-dən sonra axşamədək getmək məsləhətdir. Günvurma baş verirsə mütləq o, sərin yerə gətirilməli, soyuq sular, şirələr verilməli, təzyiqi nizama salınmalı və digər kardioloji yardımlar göstərilməlidir.
Ürək xəstəliklərini tam şəkildə götürmək olarmı və yaranmış xəstəliyin səbəbini necə müyyənləşdirmək olar?

Təbiidir ki, öncə səbəb tapılır, sonra müəalicə aparılır. Bəzən xəstə əlini döş qəfəsinə qoyaraq ürəyinin ağrımasından şikayətlənir.Bu ola bilər ki, ürəklə bağlı olmasın: əzələ ağrıları, sinir ağrıları və qabırğa arası nevralgiya olsun. Yəni, ürək nahiyyəsində olan hər bir ağrı ürək ağrısı deyil, ona görə də səbəbini tapmaq lazımdır. Misal üçün deyə bilərəm ki, kardionevrozlar; diafraqmanın yemək borusu dəliyinin yırtığı; boyun-döş fəqərələrinin osteoxondrozu; 12 barmaq bağırsağın xorası və digər patalogiyalar da ürək nahiyəsində ağrılar verə bilər. Ona görə də heç vaxt səbəbsiz nəticə olmur. Mütləqdir ki, xəstəliyin öncə səbəbi dəqiq tapılsın və nəticədə vaxtında ağırlaşmaları aradan qaldırıb effektiv müalicə aparmaq olar.

El arasında deyirlər ki, filankəsi infarkt vurdu, bu necə baş verir?

Ürəyin əzələsinin qanla təchizatının kəskin pozulması zamanı miokard infarktı baş verir. Ürəyi qanla qidalandıran koronar (tac) damarlarda tıxanma olur. Tıxanmanın fonunda qan təchizatı pozulur, nəticədə miokard infaktı yaranır. Bu 80-90% hallarda ateroskleroz fonunda və digər stress və başqa hallarda da əmələ gələ bilər.Aterosklerozun inkişafı da uzunmüddətli bir prosesdir. Xolesterin mübadiləsinin 80-90 % hallarda qaraciyərdə (endogen) pozulması nəticəsində yağ-piy damarların divarlarına çökərək tıxanma əmələ gətirir, 10% hallarda isə o yağları insan xaricdən (ekzogen) özü qəbul edir (yağlı qida məhsulları, ət və s...). Artıq bədən çəkisi, piylənmə, arterial hipertoniya, siqaret çəkmək,şəkərli diabet və digər risk faktorları xolesterin mübadiləsinin pozulmasına, damar divarlarının tıxanmasına və nəticədə miokard infarktının əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əmələ gəlməməsi üçün şəraiti xəstə özü nizamlamalıdır.Normal qidalanmalı, gün ərzində minimum 6 km məsafəni normal tempdə gəzməlidir və belə gəzintidə siqaret çəkməməlidir. Bütün bunlara riayət etməklə ekzogen faktorların qarşısını almaq olar.Doktor, el arasında belə deyirlər ki, hiss edirəm ki, ürəyim döyünür,çırpınır, bu infakta yol açırmı? Ürək döyüntüsü (taxikardiya) gələcəkdə ürək xəstəliyinin yaranması üçün şərait yaradır. Sübut olunub ki, takkardiyası olan xəstələrdə miokard infaktının əmələ gəlmə ehtimalı daha çox olur. Amma nəbz aşağı olduqda (bradikardiya zamanı -60 vurgu) , belə xəstələrdə miokard infaktının əmələ gəlmə ehtimalı az olur.Doktor, ürək xəstəliyi genetik xarekterli olurmu?Bəli, sübut olunub ki, genetik faktorlar ürək qan-damar sistemi xəstəliklərində böyük rol oynayır. Genetika geniş forma alıb, hal hazırda genetik labaratoriyalar fəaliyyət göstərir. Əsasən qeyd edilir ki, miokard infarktı irsi keçən xəstəlik deyil, lakin genetik analiz aparılanda məlum olur ki, miokard infarktının əmələ gəlməsinə şərait var.Xüsusi genetik labaratoriyalarda bu məsələlər tam aydınlaşır. Misal üçün, şəkərli diabet irsi olaraq keçə bilər.Hipertaniya xəstəliyində valideyndə təzyiq yüksəkdirsə, bu o demək deyil ki, övladda da bu cür olsun. Amma elə xəstəliklər var ki, orada irsi faktorlar rol oynayır.Bəli, elə xəstəliklər var ki, onlarda sırf genetika və irsiyyətlə bağlıdır.Məsələn, elə ailə tanıyıram ki, 40 yaşında ailənin üzvlərinin hamısı miokard infaktı keçirir. Ancaq bu o demək deyil ki, qarşısını almaq mümkün deyil, mütləq müayinə və müalicə metodundan vaxtında yararlanmaq lazımdır.

Doktor, hiss və həyəcandan, sevgi və nifrətdən, sevinc və kədərdən ürək xəstəlik tapa bilərmi?

Nəyin ki, ürək qan- damar sistemi xəstəliklərində, bütün xəstəliklərin kökündə stress və mənfi emosiyalar durur. Bunların hamısı risk faktorlarıdır.Miokard infaktının baş verməsində stress də az rol oynamır.Hər bir xəstəlikdə stres mənfi təsirə malikdir. Bəzən stres xəstəlik yaradır, bəzən də yaranmış xəstəliyi sürətləndirir. Hər bir sevincin də, kədərin də, sevməyin və sevilməyin də bir normativi olmalıdır.Elə bir sevinc ola bilər ki, ondan infarkt da keçirmək olar.Hər şeyin həddi var, yeməyin də, gülməyin də, ağlamağın da, sevincin də, kədərin də... Bir sözlə, hər şey norma daxilində olmalıdır. Bir şey normadan çoxdursa, mütləq onun bir fəsadı və ağırlaşması olur.
Xəstələr sizə necə müraciət edə bilər? Elmi-Tədqiqat Kardiologiya İnstitutu. Professor Tofiq Cahangirov. Tel : 050-213-74-93, 012 564-28-63
Ətraflı müsahibəyə görə təşəkkür edirik...

Zamin Zeynal
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Həddən artıq sevinc də miokard infarktına səbəb ola bilər -
Geri qayıt