Mehriban xanım Əliyeva ümidlərimizi doğrultdu - Əbülfəz Elçibəyin oğluBölmə: SÖHBƏT, BLOK XƏBƏR
![]() “Atamın evinin dövlət tərəfindən təmir edilməsi diqqətəlayiq haldır. Belə bir addımın atılmasına görə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”. Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ata evinin təmir edilməsinə münasibət bildirərkən deyib. Elçibəyin oğlu bildirib ki, evin təmir olunması ilə bağlı müraciətə müsbət cavab alacaqlarını öncədən təxmin ediblər: “Ümidsiz deyildik. Evin təmiri ilə bağlı müraciət edərkən dövlətimizin bizə sahib çıxacağından və ümidsiz qoymayacağından əmin idik. Ümidlərimiz özünü doğrultdu. Hər şeyə görə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Çox sağ olsun!”. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib. İki mərtəbə və mansardan ibarət yaşayış evində, həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb. Heydər Əliyev Fondu yayılan məlumatı təsdiqləyərək, artıq təmir işlərinin başa çatdığını qeyd edib. Xalqinfo.az |
XƏBƏR LENTİ
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|