Sami Yusufla Xumar Qədimovanın ifasında az da olsa Nəsimi ruhu var - ZİYADXAN ƏLİYEVBölmə: SÖHBƏT
![]() Prezident İlham Əliyevin 2019-cu ili Nəsimi ili elan etməsi, şairin yaradıcılığına müraciət edənlərin sayında da özünü göstərdi. Bəziləri şairin poeziyasına müraciət edərək, onun əsərlərinə mahnılar bəstələdi, bəziləri isə adına kitablar çap etdirdilər. Son zamanlar isə Nəsimi qəzəlinə musiqilər bəstələləyib, ifa edən musiqiçilər də azlıq təşkil etmir. İlk olaraq Afət Fərmanqızı Nəsiminin “Sığmazam” qəzəlinə “Pencu-Şeş” adı altında mahnı qoşaraq oxuması musiqi sevərlər tərəfindən o qədər də xoş qarşılanmadı. Daha sonra SamiYusufin Nəsimin “Sığmazam” qəzəlinə kompozisiya qurması ölkə və xarici media tərəfindən yüksək qarşılandı. Nəhayət Xumar Qədimovanın Nəsiminin “Neylərəm” qəzəlinə mahnı bəstələməsi Nəsimi ilinə möhür vuran bir layihə kimi dəyərləndirildi. Bəs görəsən bu əsərləri Nəsimi adına layiq uğurlu əsər hesab etmək olarmı? Məsələ ilə bağlı sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Modern.az-a danışıb. “Heç kimə qadağan etmək olmaz ki, niyə Nəsimi yaradıcılığına müraciət edirsən. Nəsimi xalqı üçün əsərlər yazıb-yaradıb və xalqın da borcudur ki, ondan layiqincə bəhrələnsin. Ancaq hər kəs ciddi şəkildə yanaşıb, onun əsərini layiqincə yaşada bilirmi ? Yanaşma məsələsi bir az sual altındadır ”. Sənətşünas Afət Fərmanqızının ifasını uğursuz hesab edir. “Düşünürəm ki, bu cür uğursuz ifa digər ifaların yaranmasına bir təkan vermiş oldu. Bu cəhd heç də hamı tərəfindən birmənalı qarşılanmadı. Əksinə kimlərinsə qəzəbinə səbəb oldu. Ancaq ondan sonra yaranan iki əsər Afət Fərmanqızı ifasına nisbətən yaxşı idi. Sami Yusuf və Xumar Qədimovanın ifasında bir az da olsa Nəsimi ruhu var. Lakin bu o demək deyil ki, onların ifaları da mükəmməldir. Nisbətən normal bir əsər hesab etmək olar. Bir birilərinə yaxın olan əsərlərdir. Kiçik də olsa, incəsənətə bir töhvə veriblər ”. Ziyadxan Əliyev özünün də Nəsimi ilinə bir töhvə verdiyini söyləyib. “Nəsimi sənətkarlağını özündə əks etdirən bir kitab yazmağa qərar verdim. Nəsimin 650 illik yubleyi üçün “Nəsimi dünyası rənglərin işığında” kitabım işıq üzü gördü. Ancaq təqdimat mərasimi hələ keçirilməyib. Mənə elə gəlir ki, Nəsimi tək Azərbaycanın yox, dünya sənət poeziyasının bənzərsiz bir şairidir. Bu cür insanın əsərinə müraciət edirlərsə, daha ciddi şəkildə müraciət edilməlidir. Nəsiminin 600 ilinə aid Fikrət Əmirovun Nəsimi dastanı əsərini ciddi bir əsər hesab edirəm. Prezident bu ili Nəsimi ili elan edərkən, fikirləşirdim ki, musiqiçilər tərəfindən daha ciddi əsərlər təqdim olunacaq. Düşünürdüm ki, bu ilin elan olunması sənət fədailərini də hərəkətə gətirəcək. Ancaq təəssüf ki, Nəsimi adına layiq sənətkarlar hələ də yetişdirə bilməmişik. Hələ biz Nəsimi sənətkarlığı qarşısında borcluyuq. Təqdim olunan musiqilər məşhurlaşa bilər, ancaq uğurlu hesab etmək düzgün deyil. Sami Yusufun ifasını pis bir əsər hesab etmirəm. Ancaq şedevr əsər kimi də yüksəkdə tutmuram. Hətta orda müğənni seçimində də yalnışlığa yol verilib. Təyyar Bayramov və Aşıq Samirənin ifası tam özünü ifadə etmir. Ümumiyyətlə onların bu əsərdə çıxış etmələrini düzgün hesab etmirəm. Məsələn Təyyar Bayrammovun yerinə Alim Qasımov, Aşıq Samirənin yerinə isə Elnarə Abdullayeva olsa möhtəşəm olardı. Çünki bunların səsində bir yanıqlıq və ahənglik var. Bu sənət əsərinə yumşaq səs yox, daha emosional və sərt səs lazım idi. Xumar Qədimovanın da ifasında səslənən əsəri normal hesab etmək olar. Ümumiyyətlə, bunlarla kifayətlənmək olmaz. Yeni uğurlu əsərlər gözləyirik. Elə əsər olmalıdır ki, hər kəsi razı sala bilsin və bəyənilsin. Müəyyən kütlə üçün yox, hər kəsin musiqi zövqü nəzərə alınsa daha yaxşı olar ”, - deyə Z.Əliyev bildirib. Xalqinfo.az |
XƏBƏR LENTİ
31.01.23 13:21 | Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|