» » "Həkimlər Aygün Kazımova qədər reklam olunsa"...

"Həkimlər Aygün Kazımova qədər reklam olunsa"... Cərrah-ginekoloq

Bölmə: SÖHBƏT, BLOK XƏBƏR
"Həkimlər Aygün Kazımova qədər reklam olunsa"...

Xalqinfo.az xəbər portalı olaraq cəmiyyətimizdə xidmətləri olan şəxslərlə müsahibəmizi davam etdiririk.
"Xalqinfo"-nun növbəti qonağı, Cərrah-ginekoloq həkim Tənzilə Əliyevadır.


Əliyeva Tənzilə Şükür qızı 12.09.1961-ci ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi bakıda bitirən Tənzilə Əliyeva 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub.
1984-cü ildə ali təhsilini başa vurur. 1995-2000-ci illər də Ali Tibb kollecində Pedaqoq, 1995-2002-ci illər də 9№-li Qadın məsləhətxanasında həkim-ginekoloq kimi fəaliyyət göstərir. 2002-2009-cu illərdə Səudiyyə Ərəbistanda 8 il cərrah-ginekoloq kimi fəaliyyət göstərir. Hal-hazırda Oksigen Klinikasında ginekoloq kimi fəaliyyət göstərir. Bir məsələni də qeyd etmək lazımdır ki, Tənzilə Əliyeva ən ağır əməliyyatların aparılmasında xüsusi nüfuza malikdir. 30 illik təcrübə sahibi olan həkimlə olan müsahibəni sizlərə təqdim edirik.

Tənzilə xanım, Azərbaycanda ginekologiya sahəsində vəziyyət necədir?

Azərbaycanda vəziyyət əvvəlki illərə baxanda çox yaxşıdır və səviyyəmiz getdikcə yaxşılaşır. Xəstələrində müraciəti azalıb, bu sevindirici haldır.

Tənzilə xanım, bu qədər azərbaycana müasir tibbii avadanlıq gətirilir. Ancaq yenə də bizim həkimlərimizə əhali arasında inam, Türkiyə və yaxud İran həkimlərinə olan inam qədər deyil. Siz bunun səbəbini nədə görürsünüz?


Bunun səbəbini informasiyada görürəm. Bizim çox yüksək səviyyəli peşəkar həkimlərimiz var, ancaq bunları vətəndaşlarımızın çoxu tanımır. Mənə elə xəstələr müraciət edir ki, bu xəstələri xarici ölkələrdə şikəst edirlər. Onları bizim həkimlər müalicə edir və sağlam vəziyyətə gətirirlər. Bu sahədə təbliğat maşını güclü işləməlidir.
Bir məsələni qeyd edim. Əgər bizim yüksək səviyyəli peşəkar həkimlərimiz Aygün Kazımova qədər reklam olunsa ,vətəndaşlarımız müalicə üçün nə İrana gedər, nə də Türkiyəyə. Cənab Prezidentimiz İlham Əliyev xalq üçün əlindən gələni edir. Mən xarici ölkələrdə çox oluram, inanın biz sürətli inkişaf edirik. Mən buna əminəm. Bizim həkimlərdən çox obyektlər reklam olunur. Səbəbini mən bunda görürəm.


Mehriban xanım Əliyeva böyük işlər görür.Bu barədə nə deyə bilərsiz?


Mən səmimi deyirəm Mehriban xanım dünya qadınlarına əvəzsiz nümunədir. Dünyada yeganə Prezidentin xanımıdır ki, xalq üçün əyani işlər görür. Həqiqətən hörmətli Prezidentimiz ailəlikcə xalqına xidmət edir. Mən izləyirəm, Leyla xanım Əliyeva Rusiyada xalqımız üçün nələr etmir. Xocalı soyqrımının dünyaya tanınmasında nə qədər işlər görür. Azərbaycanlı xanım kimi bunlarla qürur duyuram. Dövlət olaraq güclüyük. Təhsilimizdə, səhiyyəmizdə ümumilikdə hər tərəfli inkişaf edirik. Hər şey göz qabağındadır.

Sonda demək istədiyiniz nəsə var?

İlk növbədə sizə təşəkkür edirəm. Xalqinfo.az olaraq xalqa xidmətinizdə sizə uğur arzulayıram. Çox sağolun bir daha.


Fidan Hüseynzadə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler