» » Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ

Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ

Bölmə: SÖHBƏT, MANŞET
Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏÖncə Xalqinfo.az xəbər informasiya Agentliyinin bu dəfəki müsahibini tanıyaq.

Cumayeva Ülviyyə Novruz qızı 1970-ci ilədə yanvar ayının 14-də Şuşa şəhərində ziyalı ailsində doğulub.1977-ci ildə Nəcəf bəy Vəzirov adına 2 saylı rus orta məktəbinin 1-ci sinifinə daxil olub.1987-ci ilədə həm həmin məktəbi yüksək qiymətlərlə bitirib,həm də M.F.Axundova adına rus dili və ədəbiyyatı instituna qəbul olub.1992-ci ildə ali məktəbi bitirib.Məlum hadisələrə (ermənilərin Daqlıq qarabağa hücümü) ilə əlaqədar Dağlıq Qarabağdan olan tələbələr IV-V kurslardan işləmək hüququna malik olurlar.Bundan yararlanır və işləməyə başlayır.
1990-91-ci illədrə Şuşa şəhər 1 saylı orta məktəbdə, 1991-92-ci illərdə Şuşa şəhər 3 saylı orta məktəbində , 1992-94-cü ilərdə Bakıda biləcəri qəsəbəsində 284 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən Şuşa 3 saylı orta məktəbində rus dili müəlliməsi kimi çalışıb. 1994-cü ildən Dilqəm Nəbiyev adına 178 tam orta məktəbində rus dili müəlliməsi işləyir.4 ildir ki həmin məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri vəzifəsində çalışır.

6 ildir Yeni Azərbaycan Partiyasının(YAP) üzvü,Dünay Azərbaycanlıları İctimai Birliyinin Qadınlar Şurasının sədri,Vətənpərvər Maarifçı Gənclər İctimai Briliyinin elm,təhsil və mədəniyyət departamentinin rəhbəri,Azərbaycn KİV İşçilərinin Həmkarlar İttifaqının üzvü kimi fəaliyyət göstərir.İşlədiyi illər ərzində bir çox fəxri diplam və fərmanlara laiq görülüb.Müsahibimiz deyir:
Həmişə bir məsələni iftixarla qeyd edirəm ki,mən Novruz Həsənovun qızıyam, o cürə insanın övladıyam və ondan tərbiyə almışam,şəxsiyyət kimi yetişmişəm.Atam uzun illər Şuşada rəhbər vəzifələrdə çalışıb.Şuşada raykom partiyada rəhbər vəzifədə çalışıb.Azərbaycan respublikasının fəxri vətəndaşı olub.11 ildi ki dünyasını dəyişməsinə baxmayaraq həmişəlik oxuyacağım məktəbdir atam.Həyatda qazandığım bütün uğurlara görə mən valideyinlərimə borcluyam,xüsusən də atama.Nəzərə almaq lazımdır ki, hansısa cəmiyyətdə vətəndaş yetişdirən şəxs cox böyük insandı.Valideyinlər də bu cür insanlardandır.Özüm haqqında danışarkən şuşalı olduğumla fəxir etdiyimi də unutmuram.Ancaq unutmamalıyıq ki,hamımız Azərbaycanlıyıq.



-Azərbaycan qadınının yerin harada görürsüz?

Qadınların ictimaiyyətin əsasə qurucularından biri olduğunu bilirik.Tarixə nəzər salsaq qadınların rəhbər vəzifələr tutduqlarını görərik.Azərbaycan cəmiyyətində də tarixən qadınlara yüksək qiymət verilib və bu gündə belədi.Bu gün Mehriban xanım Əliyeva öndə gedən Azərbaycan xanımıdır.Bizim hamımız onun davamçılarıyıq.Ona baxıb örnək alırıq ki,Azərbaycan qaını necə olmalıdır.
Xatırladaq ki, 1918-ci ildə şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi tarixə düşən Azərbaycan həm də şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.Bütün bunlar onu deməyə əsasə verir ki,qadınlara cəmiyyətimizdə bütün sahələrində rəhbər vəzifələr etibar edilir.Cəmiyyətimizdə qadına təkcə ana kimi,evdar kimi görülmür.O,həm anadı,həm də hansısa idarədə rəhbər işçidi.
Mən bunu bizim şurada bir daha görürəm.Orada müxtəlif peşədən olan xanımlar var.Onlar Azərbaycan xalqı üçün öz sözlərini deyirlər.
Biz maddi və mənəvi cəhətdən ehtiyacı olan xanımlara köməklik edirik.Hansısa mövzunun,problemin müzakirəsndə birlikdə çalışırıq.Rayonlara gedirik,orada ailələrlə görüşürük,qaçqın,şəhid ailələri ilə maraqlanırıq.



-Məktəbinizin Azərbaycan təhsil sistemində nə kimi rolu var?


Bizim məktəbdən olan abituriyentlər hər il yüksək nəticələr əldə edirlər.Məsələn, ötən il 65 məzundan 46-si tələbə adını qazandılar.Bu ilə də belə olacağına şübhə etmirik.Eyni zamanda bizim məktəbdən olan şagirdlər müxtəlif yarışlarda iştrak edirlər,yer tuturlar.İdman və digər yarəşlarda.Bu yaxınlarda Səməd Vurğunun yubleyi ilə bağlıtəşkil edilən müsabiqədə şagirdimiz respublika daxilində 3-cü yerə laiq görüldü.Rus dili ilə bağlı müsabiqələrimizdə şagirdlərimiz qalib kimi cixdılar. Şagirdlərimiz gələcək nəsil üçün yararlı vətəndaş kimi yetişirlər.Bu yaxınlarda IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi təşkil edildi.Məktəbimiz təşkilatşılığ üzərinə götürmüşdü. Məktəbimizin şagird və kollektivi fəal iştrak etdi.Məktəbimizin direktoru da çıxış edərək bunun təqdirəlaiq olduğunu və məktəbimizin bunu dəstəklədiyini qeyd etdi.



-Şamaxıda baş verən müəllim-şagird hadisəsindən xəbərdarsız.Kifayət qədər şagird-müəllim davranışlarını öyrənmiş və məktəb psixologiyasını bilirsiz.Baş verən hasisə ilə baqlı necə düşünürsüz?

Şamaxıda baş verən müəllim-şagird məsələsi digərləri kimi mən də üzülməyə bilmirəm.Nə ad verim buna bilmirəm.Bu vəhşilikdir mi?,nanəciblikdir mi?Nəinki azərbaycanlı adını daşıyana, insanlığa yaraşmayan hadisədir.Ən dəhşətlisi də odur ki,müəllim tərəfindən edilə.Müəllim öyrədəndi,tərbiyə verəndi,maarifləndirəndi,ikinci valideyindi.Əgər müəllim şagirdinin qayğısına qalmırsa,pis gününə şərik olmursa o müəllim müəllim deyil.O - Elnur müəllimliyə ləkədir.Ona müəllim demək düz deyil.
Mən düşünürəm ki,bu cür iyrənc hadisənin baş verməsində səbəbkarlar müəllimin əsas özü,məktəb rəhbərliyi,valdeyin və qızın özüdü.
Hadisənin baş verməsində günahkar əsasə müəllimdir.Ancaq burada məktəbin də,valideyinlərin də günahı var.Həmişə deyirəm ki müəllim və valideyin bir işləməlidi.Əgər valideynin müəllimilə sıx əlaqəsi yoxdusa çətindi,işləmək olmaz.Gələcək nəsilin tərbiyələndirmək olmaz.
Necə olar bilər ki , valideyin qız uşağındakı dəyişikliyi hiss eləmədi ?. Valideyin övladının hansısa hərəkətindən hiss edir ki, nəsə bir dəyişiklik baş ver.Valideyin olmaq çox məsuyyətli işdir.Velideyin o deyil ki,uşaq dünyaya gətirdin missyan bitdi yox,dünyaya gətirdiyin övladı istqamətləndirməlisən.Valideyin hər gün övladı ilə söhbətləşməlidir.Üzür istəyirəm,böyük övladımım 20 yaşı var,onun özü ilə hər gün söhbət aparıram.Mən danışıram.Valdeyin söhbət aparmalıdır.Təbii,valdeyin - övlad arasında pərdə olmalıdır,amma övladla valideyin dost olmalıdır.Mən qızımla bir cür dostam,oğlumla bir cür dostam.Valideyin elə bir şərait qurmalıdır ki,övladı problemin ona deməkdən çəkinməsin.Övladın gözün qorxutmamalıdır.
Yenə deyim ki,bu məsələdə valideyinlərin çox böyük günah var.
Hesab dirəm ki,burada məktəb rəhbərliyinin də səhvi var.Məktəbdə nəzarətsizlik,təlim-tərbiyə işinin aşağa səviyyədə olduqda belə hadisələr baş verir.Məsələn,bizim məktəbdə 1-2 aydan bir mütəxəsislər gəlirlər.Şagirdlərlə söhbətlər aparırlar.Qızlarla ayrı,oğlanlarla ayrı xüsusi söhbətlər aparırlar.Görünür, o məktəbəd belə ve buna bənzər nəsə olmayıb.
Mən həmişə təlim-tərbiyənin yüksək olmasının tərəfdarıyam.Mən sinifə daxil olanda da şagirdlərimə deyirəm ki,sizin təhsilinizdən əvvəl məni təlim-tərbiyəniz maraqlandırır.Görünür ki,Şamaxıdakı o məktəbdə təlim-tərbiyə lazımı səviyyədə qurulmayıb və buna görə də cəmiyyətimiz bu cürə iyrənc hadisə ilə üzləşib.Bunun özü cinayət xarakterli hadisədir.O - Elnur laiqli cəsasın almalıdır ki,ibrət olsun digərlərinə də.Bir gəncin gələcəyi ilə oynamaq,fəhv etmək dəhşətdir.O qız gələcəyin anasıdı,normal ailə qura bilərdi.O müəllim şagirdinin təhsilinə problem oldu,gələcək arzularını yarımçıq qoydu,psixologiyasına zərbə vurdu.
Mən bir söz deyim,bu məsələ də qızın da günahı var.Əgər bu hadisə 3-4-cü sinif şagirdinə qarşı baş versəydi,fikrləşərdik ki,bu uşaqdır.Ancaq bu 9-cu sinif şagirdidi . Müəyyən yaş həddi var ki,insan nəyisə anlayır.9-cü sinifdə oxuyan şagird nəyin necə olduğunu bilir.Mən qızda da çox böyük günah görürəm.Amma buna baxşayaraq,o müəllim səbəbkardı,bağışlanmaz cinayət edib.İbrət olunacaq formada cəza verilməlidir.



-Məktəbilərdə şagirdlərin xüsusi istedad və bacarıqlarının infişafına diqqətə yanaşılır.Bu məsələlər məktəbinizdə necə təşkil edilir?


Deyə bilərəm ki, bu və bu kimi məsələr məktəbimizdə çox icddi yanaşılır. Bacarıqlı uşaqlarımız çoxdur.Müxtəlif əl işlərini məktəbimizdə saxlayırıq və dərnək rəhbərləri bu işlə dərsdən əlavə ciddi məşğul olurlar.Mən uşaqların məntiqi cəhətdən daha da inkişaf etməsinin çox tərəfdarıyam.Çünki biz gələcək nəsilə daha savadlı şagirdlər yetişdirək. Bu illər ərzində çox sevindirici haldır ki,məktəbimizdə mənfi hallar olmayıb.Təbii ki,bu yöndə məktəb rəhbərliyinin çox böyük rolu vardır.


-Psixoloji problemlər məktəbinizdə necə həll edilir?


Məktəbimizdə 1050-yə yaxın şagird var.Digər məktəblərdəki kimi hər biri bir ailədən gəlib.Elə ailələr var tamdır,elə ailələr var natamamdır.Eyni zamanda ata və ana himayəsindən məhrum uşaqlar vardır ki ,bu da uşaqlara çox böyük psixoloji təsir edir.Uşağın təhsilinə mütləq təsir edir.Hazırda məktəbimizdə savadlı psixoloqumuz var.Şagirdlərlə maraqlanır.Bütün sinif şagirdləri ilə fərdi məşğul olur.Əgər problemli şagirdimiz olarsa,onunla psixoloji işlər aparırıq.Bizdə test şəkilində psixoloji durumlar yoxlanılır , amma psixoloji travmalı şagirdlərimiz yoxdur.



-Heydər Əliyev Azərbaycan qadınını yüksək qiymətləndirib.Siz necə düşünürsüz bu barədə Azərbaycan xanımı olaraq?


Mən həmişə qeyd edirəm və indi də qeyd edirəm ki,ulu öndər Heydər Əliyev mənim üçün fenomen insandır.Fəxir edirəm ki,ulu öndər kimi siyasi xadimimiz olub.Ulu öndərlə bağlı uşaqlıq xatirələrim var.O vaxtdı Şuşada "Vaqif poeziya günü" təşkil olunanda ümummilli lidermiz gəlirdi.Biz Cıdır düzündə onun gəlməyini gözləyirdik.Çox səmimi,qayğıkeşidi. Həmişə də gələndə piyada gəlirdi.Biz şagirdlərə yaxınlaşırdı.Heydər Əliyevlə xatirə fotomuz da var.Xoşbəxtəm ki,onunla qısa da olsa dialoqumuz olub.O insanın vurğunu olmuşam və indi də vurğunuyam.Bir məqamı da unutmamalıyıq ki,ulu öndər həmişə qadınlara yüksək qiymət veribdi.O,həmişə deyirdi ki,Azərbaycan qadını öndə getməlidir.Xüsusi diqqətlə yanaşırdı. Hesab edirəm ki,harada çalışmasından asılı olmayaraq Azərbaycan qadınına böyük qiymət verilməlidir.

-Müsahiblərimizə ünvanlanan analoji sualımıza sizin də cavab verməyinizi istəyirik .Hansı suala cavab ürəyinizədən keçir və ya daha çox sizi hansı məsələ düşündürür?
Ürəyim həmişə Şuşaya-doğma yurduma qayıtmaq arzusu ilə döyünür.Orada yaşayaydım,işləyərdim.Həyatımı orada başladığım kimi orada bitirərdim.(Kövrəlir...) , torpaqlarımızı azad olsun...
İnşallah 2016-cı il mənim kimi minlərlər insanı düşündürən bu məsələ həll olar.Bu il zəfər ili olar.Bayrağımız Qarabağda,Çıdır düzündə dalğalanar.Əminəm ki, belə olacaq.
Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ
Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ
Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ
Orta məktəblərdə cinayətlər bu səbəblərdən baş verir-MUSAHİBƏ


































































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler