» » Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdirindən MÜSAHİBƏ

Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdirindən MÜSAHİBƏ

Bölmə: SÖHBƏT, MANŞET
Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdirindən MÜSAHİBƏ Xalqinfo.az xəbər informasiya Agentliyinin bu dəfəki müsahibi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru , professor İntiqam Cəbrayılovdur.



















-Heydər Əliyev irsinin orta məktəblərdə təbliği necə aparılmalıdır?


Salam.Hər bir xalqın tarixində böyük şəxsiyyətlər olub və indi də var.Azərbaycan xalqının da taxirində bu cür şəxsiyyətlər olub və indi də var.Bu şəxsiyyətlərdən biri də ulu öndər Heydər Əliyevdir ki,xalqı üçün yol göstərmiş,cəmiyyətə işıq saçmış və həmişə Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə mübarizə aparmışdır.Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu kimi hər zaman xalqımızın yaddaşında yaşayacaq.Bizə yaxşı məlumdur ki, Azərbaycan dövlətinin təməlinin bu qədər möhkəm,sarsılmaz olması və ölkədə quruculuq işlərinin bu səviyyəyə çatırılması ulu öndərin adı ilə bağlıdır. Mustəqil Azərbaycan Konstitusiyası ulu öndərin əməyinin bəhrəsidir. Bu, hüquqi sənəd olaraq elmi əsaslarla hazırlanıb. Digər sahələrdə olduğu kimi,təhsil müəssisələində də ümummilli liderin ideyalarının ciddi öyrənilməsinə,təbliğinə çox ehtiyac var.İşimizi bu yöndə daha da ciddi qurmalıyıq ki,bu da zaman tələb edir.Yəni ki,Azərbaycan dövlətinin öz mövqeyini möhkəmləndirməsi,gücünü artırması yetişdirdiyimiz nəsillərdən, Heydər Əliyev ideyalarını orta məktəblərdə şagirdlərə necə mənimsədilməsindən də çox asılıdır.Bu sahədə hansı təqdiqat işləri aparılmalıdr? və s. bu kimi vəzifələr bizi düşündürən məsələlərdir.Hər birimizi düşündürməlidir.Orta məktəblərdə Heydər Əliyev irsinin öyrədilməsi üzrə müəllifi mən olduğum fakultətiv məşğələ proqramı da var.Yaxşı olardı ki, bu proqram bütün məktəblərdə və daha geniş formada təbliğ olunsun.Çunki ulu öndərin yaradıcılığı Azərbaycan tarixinin konseptual ideyaları ilə əhatələnib.Hesab edirəm ki, ümummilli liderin irsi və onun irsində özünü tapan ideyalar ictimai-humanitar fənlərin metodoloji əsasları kim mühüm əhəmiyyət kəsb edir. Şagird şəxsiyyətinin formalaşdırması baxımından bu, çox vacib məsələlərdən biridir.Çünki Heydər Əliyev şəxsiyyət deyəndə nə düşünürdü?,kimi şəxsiyyət hesab edirdi? və s. bütün bu məqamlar onun yaradıcılıqında öz əksini tapmışdır. Azərbaycan gənci vətənpərvər olmalıdır,öz doğma yurdunu-yuvasını sevməlidir.Xalqını,dövlətini,müəllimini və valideynlərini sevməlidir.Bütün bu məsələlərlə bağlı ulu öndərin irsində çox dəyərli fikirlər var ki,biz həmişə öz tədqiqat işlərimizdə buna diqqət edirik.Çalışırıq ki, hər zaman ona istinad edərək müəyyən elmi nəticəyə gələk.Tövsiyəmiz də budur ki,bu məsələlərə bütün digər tədqiqat və təhsil müəsissələrində ciddi şəkildə diqqət yetirilsin. Gələcəkdə də bu istiqamət üzrə ulu öndərin həyat və yaradıcılığından müxtəlif nümunələr verməklə tərbiyə işlərində yeni-yeni formalar axtarılsın.


-Cəbhədə son vaxtlar baş verənlərdən xəbərdarıq.Bu, Ermənistana nə verdi?


"Aprel döyüş"ləri Azərbaycan ordusunun,xalqının gücünü bir daha göstərdi.Ermənistan başa düşməlidir ki,işğal etdiyi torpaqlardan əl çəkməlidir,işğalçılıqdan əl çəkməlidir.Cənab Prezident İlham Əliyevin dediyi kimi əgər ölmək istəmirlərsə topaqlarımızdan çıxıb getməlidirlər.Ermənistanda hakimiyyət xalqı müxtəlif yollarla təsir altında saxlamasına baxmayaq bü döyüşlər bir daha göstərdi ki,rəhbərlik ölkəni idarə edə bilmir,xalqı öz məqsədlərinə qurban edirlər.Təbii ki, işğalşılıq onlara baha başa gəlir.Ermənistanda xalq, "özgə torpaqlarına görə övladlarımız ölür",- deyə mitinqlərə başladı.Xalq düz deyir- Ermənistan hakimiyyəti özgə torpaqları üçün xalqa zülm edir.Xalq da başa düşüb ki, işğalçılıq onlara fəlakətlər gətirəcək. Onların bir çıxış yolu var - Azərbaycan torpaqlarından çıxıb getməlidirlər.Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır.İnşallah azad edəcəyik.


-Azərbaycanda ailə - məktəb əlaqələri haqqında nə deyə bilərsiniz?... Sizcə,yaranan probelmlərin səbəbləri nədir?



Bu gün ailə və məktəb əlaqələrinin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi vacibdir.Hər bir ağıllı insan üçün ailə dəyərləri yüksəkdir.Bu dəyərlər həm də təhsillə bağlıdır.Bu dəyərlər pedaqogika elminin,sosiologiya elmi və digər ictimai elimlərin tədqiqat sahələridir. Mövqeyindən,ixtisasından asılı olmayaraq,məncə, hər kəs ailə-məktəb əlaqələrini möhkəmləndirməyin cəmiyyət üçün faydalılığını hiss edir. Bu gün Azərbaycan ailələrinin qorunmasına ehtiyac var.Çünki ailələrin möhkəmliyi cəmiyyətin möhkəmliyi və uğur açarıdır.Təhsil nə qədər önəmlidirsə,ailə dəyərlərinin qorunması daha da önəmlidir.İnsanın təməli ailədən qoyulur,ailədən başlayır.Buna görə də ailə institutlarının möhkəmlənməsinə,ailə-məktəb əlaqələrin gücləndirilməsinə daha çox ehtiyac var. Eyni zamanda qeyd edim ki,ailələdən danışanda erkən nikahın cəmiyyətimizi narahat edən problem olmasını da unutmamalıyıq.Erkən nikah cəmiyyətimizin əsas problemlərindən biridir.Bu məsələ həm ailələrimizi,həm təhsil mütəxəssislərini ,həm də digər elim adamlarını düşündürməlidir.Əgər insan yetkinlik yaşına çatmayıb,ailə qurubsa,hər iki tərəf özünü ailə başçısı kimi dərk etmirsə,deməli onların qurduqları ailədə problemlər olacaq.Əslində belə ailələr uzunömürlü olmayacaq.Cəmiyyətə faydası olmayacaq.Ailə funksiyalarında təkcə nəsil artırmaq əsas deyil.Əsas olan dəyərlərin qorunması,doğulan uşaqların təlim-tərbiyəsi,gələcəyin inkişafı üçün onların yararlı şəxsiyyət kimi yetişdirilməsidir.


-Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir.Dünyanın diqqətini Azərbaycana yönəltməsini necə qiymətləndirirsiz?


İlk növbədə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyid etmək lazımdır.Məzmunundan asılı olmayaraq beynəlxalq səviyyəli tədbirlərlərə Azərbaycanın ev sahibiyi etməsi dünaynın super güclərinin Azərbaycana olan etimadının nəticəsidir.Bu, ölkə Prezidenti Cənab İlham Əliyevin səylərinin nəticəsində əldə edilən böyük uğurdur.Dünyanın müxtəlif ölkələrinin rəhbər nümayəndələrinin gəlib Azərbaycanın ev sahbliyi etdiyi müxtəlif movzulu beynəlxalq tədbirlərdə iştirak etmələri ölkəmizin qazandığı etibarı və nüfuzunun sayəsidir.Ötən il "2015 Avropa Oyunları"(“Bakı-2015” ) , bu il "2016 - Formula 1" yarışına Azərbaycanın ev sahibliyi böyük uğurdur ki,bu da cənab prezidentin qətiyyətli addımlarının nəticəsidir.Eyni zamanda digər forum və konfranslar ölkəmizdə keçirilməsi Azərbaycanın dünyaya tanıdılmasında mühum rola malikdir. Mədəniyyətimiz,adət-ənənəmiz,mili dəyərlərimiz xarici ölkə vətənadşları tərəfindən öyrənilir.Bu , Azərbaycanı dünyaya tanıtmaqda çox önəmlidir.




Kainat Şirin



Xalqinfo.az


Şərh Yaz
ŞƏRH(1)

Metanet Muradova 19 may 2016 16:20
Eziz muellimim Baki qizlar univewrsetinde bize ders demizis.Esl Azerbaycanli temennasiz professorumuz Ziyalimiz.Allah sizi qorusun.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler