DataLife Engine > Siyasət > Azərbaycan və Ermənistan XİN rəhbərləri bu axşam görüşəcək

Azərbaycan və Ermənistan XİN rəhbərləri bu axşam görüşəcək


1-05-2023, 13:48. Yerləşdirdi: Tural Azərbaycan və Ermənistan XİN rəhbərləri bu axşam görüşəcək






Bu gün axşam saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb.

Görüş Bakı vaxtı ilə 17:45-də ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.

Bundan əvvəl isə, 17:00-da Blinken və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçiriləcək.
Geri qayıt