DataLife Engine > Siyasət > İlham Əliyevin Türkiyə səfəri başa çatdı

İlham Əliyevin Türkiyə səfəri başa çatdı


29-04-2023, 16:55. Yerləşdirdi: Tural İlham Əliyevin Türkiyə səfəri başa çatdı




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfəri aprelin 29-da başa çatıb.

Xalqinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan yola salıblar.
Geri qayıt