DataLife Engine > Siyasət > Daha bir komitə ictimai dinləmələr keçirəcək

Daha bir komitə ictimai dinləmələr keçirəcək


25-01-2023, 11:36. Yerləşdirdi: Zulfiyye Daha bir komitə ictimai dinləmələr keçirəcək

"Ulu öndər Heydər Əliyev Azərbaycan hüquq islahatlarının banisi kimi” mövzusunda gənc hüquqşünaslarla simpozium keçiriləcək.

"Xalqinfo" xəbər verir ki, bu, Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü il üçün iş planına daxil edilib.


İş Planında həmçinin, “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüş, eləcə də 2 Fevral Gənclər gününə həsr olunan ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Gənclər günü ilə bağlı keçirilməsi planlaşdırılan ictimai dinləmədə fəal gənclər və gənclər təşkilatları ilə görüşlər olacaq.

Eyni zamanda, yaz sessiyası müddətində 5 Mart Bədən Tərbiyəsi və idman gününə həsr olunan ictimai dinləmənin keçirilməsi iş planına daxil edilib. İctimi dinləmədə fəal idman klubları və federasiyaları ilə görüş keçiriləcək.
Geri qayıt