DataLife Engine > Siyasət > Aİ Ermənistana yeni missiya göndərməklə bağlı bu tarixdə

Aİ Ermənistana yeni missiya göndərməklə bağlı bu tarixdə


20-01-2023, 19:35. Yerləşdirdi: Zulfiyye Aİ Ermənistana yeni missiya göndərməklə bağlı bu tarixdə

Avropa İttifaqına üzv olan 27 ölkənin XİN rəhbərləri yanvarın 23-də Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərmək barədə qərar qəbul edəcəklər.

"Xalqinfo" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
O qeyd edib ki, missiyanın göndərilməsi Cənubi Qafqazda sabitliyə töhfə verməlidir.

Xatırladaq ki, “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yaymışdı ki, Aİ Ermənistan-Azərbaycan sərhədinə iki illik mandatla 100 müşahidəçidən ibarət missiya göndərməyi planlaşdırır.
Geri qayıt