DataLife Engine > Siyasət, Dünya > İranın nüvə proqramına dair Vyana danışıqları fevralın 8-də davam etdiriləcək

İranın nüvə proqramına dair Vyana danışıqları fevralın 8-də davam etdiriləcək


7-02-2022, 21:24. Yerləşdirdi: Tural İranın nüvə proqramına dair Vyana danışıqları fevralın 8-də davam etdiriləcək
İranla bağlanmış beynəlxalq nüvə sazişini xilas etmək üçün danışıqlar fevralın 8-də Vyanada davam etdiriləcək.

Xalqinfo.az *AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) təmsilçisi Alen Matton danışıqlara rəhbərlik edən Aİ koordinatoru Enrike Moraya istinadla təsdiqləyib.

Sosial şəbəkələrdə yayılmış paylaşımda qeyd edilib ki, danışıqların sayca 8-ci raundu baş tutacaq və sazişə tam şəkildə geri dönüş üçün güzəştlərə getmək ruhu tələb olunur. Sazişə zərbə vuran müxtəlif arzuolunmaz tendensiyaları nəzərə alaraq, bu danışıqların qısa vaxtda yekunlaşmasına ehtiyac var.

Qeyd edək ki, ötən ilin yayından aparılan danışıqlara son olaraq yanvarın 28-də fasilə verilib. Hesab edilir ki, gələn həftə danışıqların yekunlaşması üçün önəmli dövr olacaq.
Geri qayıt