Somalidə prezident sarayı minaatanlarla atəşə tutulub
11-07-2021, 04:38. Yerləşdirdi: Tural
Somalinin paytaxtı Moqadişo şəhərində ölkə prezidentinin iqamətgahı istiqamətində minaatanlardan azı dörd mərmi atılıb.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Qeyd olunub ki, partlayışlar nəticəsində iqamətgahın yaxınlığında yerləşən evlərə ziyan dəyib, ölən və xəsarət alanlar barədə məlumat verilmir.
"Goobjoog News" bildirib ki, mərmilər prezident sarayının yaxınlığında yerləşən hotelə və məktəb binalarına düşüb.
Geri qayıt