DataLife Engine > Siyasət, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > II Yelizaveta “Xarı-Bülbül” kompozisiyasını izlədi, “Xudayar təsnifi”ni dinlədi

II Yelizaveta “Xarı-Bülbül” kompozisiyasını izlədi, “Xudayar təsnifi”ni dinlədi

5-07-2021, 14:40. Yerləşdirdi: Tural II Yelizaveta “Xarı-Bülbül” kompozisiyasını izlədi, “Xudayar təsnifi”ni dinlədi
Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” (“Royal Windsor Horse Show”) başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçiləri iştirak edib.

II Yelizavetanın və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə “Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.

Vətən müharibəsində əldə olunmuş möhtəşəm zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri hərəkətlər, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin çıxışları, Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların görüntüləri nümayiş etdirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləyən Birləşmiş Krallığın Kraliçası II Yelizaveta Azərbaycan nümayəndə heyəti ilə görüşüb, xatirə fotosu çəkdirib. O, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırıb, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulayıb.

Vətən müharibəsində qazanılmış zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbaycanın qədimliyini, özünəməxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilib.

Geri qayıt