DataLife Engine > Siyasət > "İran bu görüşü keçirməyə hazır deyil" -

"İran bu görüşü keçirməyə hazır deyil" -


9-12-2019, 10:44. Yerləşdirdi: Tural "İran bu görüşü keçirməyə hazır deyil" -
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının İranda keçilməməsi məsələsinə aydınlıq gətirib.

Xalqinfo.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlanmasında bildirib ki, görüşün İranda keçilməməsi rəsmi Tehranla bağlıdır:

“Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda planlaşdırılsa da, onlar texniki bazada bu görüşün keçirilməsinə hazır deyil və razılığa gəlinib ki, görüş Rusiyada keçirilsin”.

Nazir müavini qeyd edib ki, İşçi qrupunun görüş vaxtı hələlik məlum deyil.


Geri qayıt