DataLife Engine > Siyasət > Zakir Həsənov NATO toplantısında iştirak edəcək

Zakir Həsənov NATO toplantısında iştirak edəcək


24-10-2019, 13:00. Yerləşdirdi: Gunay Zakir Həsənov NATO toplantısında iştirak edəcək
NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "Xalqinfo"ya verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xalqinfo.az
Geri qayıt