DataLife Engine > Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET > "Ulu öndər ideyaları dünya ölkələrini münaqişələrdən xilas edə bilər" - Tural Məmmədov

"Ulu öndər ideyaları dünya ölkələrini münaqişələrdən xilas edə bilər" - Tural Məmmədov


15-06-2017, 14:46. Yerləşdirdi: sefa "Ulu öndər ideyaları dünya ölkələrini münaqişələrdən xilas edə bilər" - Tural Məmmədov
"1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanın Ali Sovetinin sədri seçilməsi bu vəziyyəti dəyişmiş oldu və Azərbaycanda bu dönüş “Milli Qurtuluş Günü” kimi tarixə düşdü".

Bu fikirləri Xalqinfo.az-a Azərbaycan Respublikasının tanınmış gənci Tural Məmmədov 15 iyun - "Milli Qurtuluş Günü" münasibəti ilə bağlı fikirlərini şərh edərkən deyib.

T.Məmmədov bildirib ki, bu gün Azərbaycanda əlamətdar günlərdən biridir. Bildiyimiz kimi Azərbaycan xalqı "Milli Qurtuluş Günü"nü qeyd edir. Bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdi: "1992-ci ildə hakimiyyətdə olan qüvvələr hakimiyyəti idarə edə bilmədiyindən separatizm hökm sürməyə başaladı və xalq çox çətin vəziyyətə düşdü. Bu duruma dözə bilməyən Azərbaycan xalqına bir lider, rəhbər lazım idi. O vaxtı da ulu öndərimiz Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərirdi. 1992-ci ildə separatizm, siyasi özbaşınalıq, Azərbaycanda sabitliyin olmaması böyük bir gərginlik, çaxnaşma yaratmışdı. Belə bir vəziyyətdə 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycanın Ali Sovetinin sədri seçilməsi bu yaranmış biyabrçılığı, dözülməz durumu dəyişmiş oldu və Azərbaycanda bu dönüş “Milli Qurtuluş Günü” kimi tarixə düşdü. Demək olar ki, xalq bundan öncəki, 1991-92-ci illərdə olan separatizmdən, bəlalardan qurtuldu".

Tural Məmmədov onu da bildirib ki, Heydər Əliyev şəxsiyyəti və onun Azərbaycanın Ali Sovetindəki rəhbərliyində sonrakı fəaliyyəti - Azərbaycanın çiçəklənməsinə və getdikcə dövlət strukturlarının formalaşmağına, Azərbaycan xalqının güzaranının müsbətə doğru dəyişməsinə, sabitliyin bərpa olunmasına, özbaşınalıqların, qruplaşmaların, siyasi separatizmin aradan qaldırılmasına gətirib çıxardı:

"Ulu öndərimizin Azərbaycan tarixində böyük əvəzsiz xidmətləri olmuşdur. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanı günü-gündən inkişaf etdirməkdədir. Bu siyasəti uğurla həyata keçirdən cənab prezidentimiz İlham Əliyev Azərbaycanın bu günkü və gələcək inkişafının təminatçısıdır. Getdikcə dünya ölkələri arasında nüfuzumuz daha da artır, inkişaf ediririk".

T.Məmmədovun sözlərinə görə, "Milli Qurtuluş Günü" Azərbaycan tarixində ən dəyərli günlərdən biridir: "Hesab edirəm ki, bu gün dünyada baş verən proseslər bir daha göstərir ki, bu dünyaya böyük siyasətçilər lazımdır. Xüsulilə də müsəlmanlara olan reaksiya, təsir sübut edir ki, dünyada bərabər və ədalətli siyasət hökm sürmür. Biz prezidentin ətrafında sıx birləşmişik və bu birlik daha da möhkəmlənəcək. Bütün dünya ölkələri Heydər Əliyev ideyalarından, siyasətindən nümunə götürməlidir. Əminəm ki, bu ölkələr ulu öndər siyasətindən istifadə etsə, bu dünyada bu qədər münaqişə, terarizm, ədalətsizlik baş alıb getməz.

Bu gün həqiqətəndə xalqımız ulu öndərimizin bu xidmətini yüksək qiymətləndirir və Allah dahi şəxsiyyətə rəhmət etsin ki, belə bir dövləti, bu cür sabit ölkəmizi bizə əmanət verib getdi. Məndə bir gənc olaraq fəxr edirəm ki, belə müstəqil, demokrat və firavan ölkədə yaşayıram. Bir daha bütün xalqımı "Milli Qurtuluş Günü" münasibətilə təbrik edirəm və bu müstəqilliyimiz, uğurumuz davamlı olsun. Əminəm ki, davamlı olacaq. Çünki cənab prezidentin yürütdüyü siyasət Azərbaycan xalqının maraqlarını təmin edir və məndə bir gənc olaraq bu siyasəti son nəfəsimə qədər təbliğ edəcəyəm və belə bir siyasi idealogiyanın təbliğatçısı olduğum üçün də qürur duyuram".



www.xalqinfo.az
Şəfa Rasimqızı

Geri qayıt