DataLife Engine > Siyasət > Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib -

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib -


30-01-2017, 18:57. Yerləşdirdi: sefa Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib -

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb. Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Xalqinfo” xəbər verir ki, ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, gənclərlə bağlı layihə təklifləri və idmanla bağlı məsələlər üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib -
Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib -
Geri qayıt