DataLife Engine > Siyasət > AZƏRBAYCAN MN: ERMƏNİ SİLAHLI BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ 14 DƏFƏ POZUB

AZƏRBAYCAN MN: ERMƏNİ SİLAHLI BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ 14 DƏFƏ POZUB


4-10-2016, 11:02. Yerləşdirdi: sefa AZƏRBAYCAN MN: ERMƏNİ SİLAHLI BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ 14 DƏFƏ POZUB
Ermənilər Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

"Xalqİnfo" bildirir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.


Xalqİnfo.az
Geri qayıt