DataLife Engine > Siyasət, Sosial > Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb

Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb


18-09-2016, 09:37. Yerləşdirdi: sefa Mitinq sonrası saxlananlardan bəziləri sərbəst buraxılıb
Sentyabrın 17-də Milli Şura Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirib

Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!» idi.

Şahidlər polisin aksiyaçılara hücum etdiyini deyirlər

Hələlik saxlananların bir hissəsi Bakıda polis idarələrindədirlər. Aksiyada iştirak edən şahidlərdən biri – Nailə Əliyeva baş verənləri bu cür izah edir:

“Mitinqdən sonra polis anidən “Məhsul” stadionu tərk edənlərə hücum etdi. Adamlara hücum edənlər arasında mülki şəxslər də vardı. Mülki geyimlilər tutduqlarını vurur, zorla əvvəldən gətirdikləri polsi avtobuslarına doldururdular.

Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda isə deyilir ki, Milli Şuranın mitinqindən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib. Onların qarşısı alınıb, bir neçə nəfər saxlanılıb. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır.

Bakı Şəhər Baş Polis İdarəsi: Saxlananlar var


“Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər”.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda belə deyilir.


Xalqİnfo.az xəbər verir ki, Məlumatda bildirilir ki, görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb. Bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır.

Saxlanılanların siyahısı:

1. Sətdar Şahlarov – AXCP Sabirabad RŞ sədri, 4 saata yaxın Sabirbad polis idarəsində saxlanıb və sonradan sərbəst buraxılıb. Dərhal da ona zəng edib. Respublika prokurorluğunun ağır cinayətlər idarəsinə dəvət ediblər.
2. Sahib Rüstəmli – AXCP Ali Məclis üzvü (Sabirabad RŞ), Sabirbad polis idarəsində saxlanıb, – 15 sutka həbs verilib
Müyəssər Lələyev – AXCP Lənkəran RŞ – Lənkəran rayon polis idarəsində saxlanılır, ailəsinə və özünə təzyiq olub, boş kağıza qol çəkdirməyə məcbur edilib
3. Nicat İbadov – AXCP Ali Məclis üzvü (Lənkəran RŞ) – Lənkəran rayon polis idarəsində saxlanılır, ailəsinə və özünə təzyiq olub, boş kağıza qol çəkdirməyə məcbur edilib
4. Eldar Hüseynov – AXCP RH-nin üzvü, Suraxanı polis idarəsində 3 saat saxlanıb, polisə müqavimətdə ittiham olunur( 535-ci maddə). Hələ ki, sərbəst buraxılıb və yenidən dəvət olunacağı deyilib.
5. Kənan Zeynalov –AXCP Suraxanı RŞ fəalı, Suraxanı polis idarəsində saxlanılır, polisə müqavimətdə ittiham olunur(535ci maddə)
6. Saqif Qurbanov – AXCP TŞ-nin müdiri, Səbail polis idarəsi, 41-ci bölmədə saxlanılır
7. Kamil Mehdizadə – AXCP Neftçala RŞ, Məclis sədri, Neftçala polis idarəsində 6 saat saxlanılıb və məhkəmədə 200 manat cərimə olunub.
8. Tahir Nağıyev – AXCP Neftçala RŞ fəalı, Neftçala polis idarəsində 6 saat saxlanılıb və məhkəmədə 200 manat cərimə olunub.
İlham Mehdiyev – ictimai fəal, Neftçala, Neftçala polis idarəsində 6 saat saxlanılıb və məhkəmədə 200 manat cərimə olunub.
9. Adil Məmmədov – AXCP Sabirabad RŞ fəalı, Sabirabad polisində saxlanır
10. Vüsal Rəsulzadə – AXCP Sabunçu RŞ, Sabunçu polis idarəsində saxlanır
11. Abdulla Mahmudov – AXCP Sabunçu RŞ fəalı, Gənclər Komitəsinin üzvü, Sabunçu polis idarəsində saxlanır.
12. Füzuli Qəhrəmanlı – AXCP Beyləqan rayon şöbəsinin sədri, Beyləqan rayon polis idarəsində saxlanılır, məhkəməyə aparılacağı gözlənilir.
13. Məhəmməd Əbülhəsənov – AXCP Ali Məclisinin üzvü, Beyləqan RŞ fəalı, Beyləqan rayon polis idarəsində saxlanılır, məhkəməyə aparılacağı gözlənilir.
14. Natiq Rüstəmli– AXCP Beyləqan RŞ fəalı, Beyləqan rayon polis idarəsində saxlanılır, məhkəməyə aparılacağı gözlənilir.
15. Seymur Həsənov – AXCP Beyləqan RŞ fəalı, Beyləqan rayon polis idarəsində saxlanılır.
16. Rövşən Alışlı – AXCP Beyləqan RŞ fəalı, Beyləqan rayon polis idarəsində saxlanılır.
17. İlqar İsmayılov – AXCP Göygöl rayon şöbəsinin sədri. Göygöl polis idarəsinə aparılıb və sonradan sərbəst buraxılıb.
18. Ülfət Abadov – AXCP Yasamal RŞ, gənc fəal, Yasamal, 28-ci polis bölməsinə aprılıb.
19. Hüseyn – AXCP Yasamal RŞ, gənc fəal, Yasamal, 29-cu polis bölməsinə aprılıb.
20. Xalid Qarayev –Binəqədi polis idarəsinə dəvət olunub
21. Aqil Məhərrəmli – AXCP Rəyasət Heyətinin üzvü, Sabunçu polis idarəsinə dəvət olunub
22. Emil Səlimov – AXCP Rəyasət Heyətinin üzvü, Nəsimi polis idarəsinə dəvət olunub
23. Ruslan Qarayev – AXCP Sumqayıt GK sədri, Sumqayıt polis idarəsinə dəvət olunub
24. Cabbar Savalanlı – AXCP Ali Məclis üzvü, Sumqayıt polis idarəsinə dəvət olunub
25. Qadir Xudabaxşıyev – keçmiş siyasi məhbus, AXCP fəalı – Mingəçevir polis idarəsinə dəvət olunub
26. Nazim Həsənov – AXCP Lənkəran RŞ sədri, Lənkəran polis idarəsinə çağırılıb (16 sentyabr)
27. Kazım Həsənov – AXCP Lənkəran RŞ fəalı, Lənkəran polis idarəsinə çağırılıb (16 sentyabr)
28. Adil Gülməmmədov – AXCP Suraxanı RŞ Məclis sədri, Suraxanı polis idarəsi, 31-ci bölməyə çağırılıb(16 sentyabr)
29. Elnur Fərəcov – AXCP Neftçala RŞ fəalı, bu gün -16 sentyabr evindən polislər Neftçala polis idarəsinə aparıblar, 5 sutka həbs verilib
30. Şakir Əhmədov – AXCP Neftçala RŞ fəalı, bu gün -16 sentyabr evindən polislər Neftçala polis idarəsinə aparıblar
31. Allahşükür Fətəliyev – AXCP Neftçala RŞ fəalı, bu gün -16 sentyabr evindən polislər Neftçala polis idarəsinə aparıblar
32. İsmayıl Rəsulov – AXCP Qaradağ RŞ üzvü, Qaradağ polis idarəsi, 38-ci bölməyə aparılıb
33. Əli İbrahimov – AXCP Qaradağ RŞ fəalı, Qaradğ polis idarəsin aparılıb, izahat alınıb, hədə-qorxu gəlinib
34. Elşən Abdullayev – AXCP Mingəçevir ŞŞ sədri, Mingəçevir polis idarəsinə aparıblar.
35. Bəxtiyar Əlizadə – AXCP Gəncə ŞŞ sədri, Gəncə baş polis idarəsinə aparılıb
36. Vüqar Lətifov – Bozqurd partiyasının üzvü, Şəki polisinə aparılıb, 15 sutka həbs
37. Ramid Nağıyev – AXCP Binəqədi RŞ GK sədri, Binəqədi polis idarəsinə aparılıb
38. Anar Məlikov – AXCP Ali Məclis üzvü(Cəlilabad), Cəlilabad polis idarəsinə çağırıblar.
39. Rövşən Quliyev – AXCP fəalı, evdən gəlib aparıblar, yeri məlum deyil.
40. Elvin Hacızadə – AXCP Xətai şöbəsi fəalı, Xətai polis idarəsinə aparılıb
41. Zaur Cabbarlı – AXCP Xətai şöbəsi fəalı, Xətai polis idarəsinə aparılıb
42. Çapay Sadıqlı – AXCP Bərdə rayon şöbəsinin sədri, Bərdə polis idarəsinə aparılıb
43. Adil Abdullayev – AXCP Bərdə şöbəsi sədrinin müavini, Bərdə polis idarəsinə aparılıb
44. Sehti Abdullayev – AXCP Ali Məclisinin üzvü(Bərdə), Bərdə polis idarəsinə aparılıb
45. Vüsal Tağızadə – AXCP fəalı, Binəqədi polis idarəsi, 4-cü bölməyə aparılıb, 15 sutka həbs verilib
46. Əli Abdullayev – AXCP Ali Məclis üzvü(Şəki), Şəki polis idarəsinə aparılıb
47. Xəlqi Hüseyn – AXCP Suraxanı rayon şöbəsi GK sədri, Suraxanı polisinə aparılıb, 17 noyabr
48. Əflatun Əhmədzadə– AXCP Neftçala RŞ sədri, Neftçala cinayət axtarış şöbəsinə aparılıb, evdən
49. Zülfüqar Eyvazov – AXCP Ali Məclisinin üzvü, Nizami polis idarəsinə aparılıb
50. İlham Quliyev – AXCP Qəbələ RŞ sədri, Qəbələ polis idarəsinə aparılıb
51. Yadigar Rüstəmov – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
52. Nəvai Əliyev – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
53. Rəşad Cumarov – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
54. Tağı Qəribov- AXCP Qəbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
55. Alcan Məmmədov – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
56. Şaiq Əzizov- AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
57. Ramin Qaragözov – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
58. Seyid Qəribov – AXCP QƏbələ RŞ fəalı, Qəbələ polis idarəsinə aparılıb
59. Sovdəgar Mursaquliyev- AXCP Ağstafa rayon şöbə sədri, Binəqədi polisinə aparılıb
60. Xasay Mehdiyev – AXCP Ali Məclisin üzvü(Ağstafa), Binəqədi polisinə aparılıb
61. Təvəkkül İsmayılov – AXCP Qaradağ RŞ üzvü, Qaradağ polis idarəsinə aparılıb.
62. Teyyub Muradlı – AXCP Biləsuvar RŞ sədri, Biləsuvar polis idarəsinə aparılıb
63. Şamil Hacıbəyli – AXCP Saatlı RŞ sədri, Saatlı polis İdarəsinə aparılıb, 16 sentyabr
64. Atamoğlan Abbasov – Saatlı RŞ, Saatlı polis idarəsinə, 17 sentyabr (mitinqə gələrkən saxlanılıb)

65. Məhəmməd Dadaşov – Saatlı RŞ, Saatlı polis idarəsinə, 17 sentyabr (mitinqə gələrkən saxlanılıb)

66. Yadigar Əmiraslanov – Saatlı RŞ Məclis sədri, 17 sentyabr (mitinqdən sonra)

67. Ramiz Məmmədov – Ağsu RŞ sədri, 17 sentyabr (mitinqdən sonra)

68. Qiyami Sərvanuş – Qəbələ RŞ Ali Məclisin üzvü, 17 sentyabr (mitinqdən sonra)

69. Yadigar Əmiraslanov – AXCP Saatlı rayon şöbəsi məclisinin sədri, 17 sentyabr (mitinqdən sonra)
70. Qəşəm Əliyev – AXCP Ağsu RŞ-dən AM üzvü, 17 sentyabr (mitinqdən sonra)
71. Tural Musayev – AXCP Xətai RŞ, 17 sentyabr (mitinqdən sonra)

72. İlham Aslanoğlu – AXCP Xətai RŞ, 17 sentyabr (mitinqdən sonra)

73. İlkin İsmayıllı – AXCP Xətai RŞ, 17 sentyabr (mitinqdən sonra)
74. Səbuhi Hacıyev – 11 sentyabr mitinqinə çağrış etdiyi üçün sentyabrın 6-da həbs olunub və 30 sutka veriblər. Heç bir partiya üzvü deyil, amma bütün mitinqlərə qatılır və “Azadlıq” qəzetinin abunəçisidir.

75. Ceyhun Seyidov. Heç bir partiya üzvü deyil, amma bütün mitinqlərə qatılır. 17 sentyabr (mitinqdən sonra)


Xalqİnfo.az
Geri qayıt