DataLife Engine > Siyasət, BLOK XƏBƏR > NATO Türkiyəni dəstəklədi

NATO Türkiyəni dəstəklədi


30-11-2015, 17:29. Yerləşdirdi: Tural NATO Türkiyəni dəstəklədi
NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyaya aid Su-24 təyyarəsini vurmasına münasibət bildirib.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bütün müttəfiqlərin Türkiyənin öz hava məkanını qoruması haqqını dəstəklədiyini deyib.

Baş katib əlavə edib ki, NATO ölkələri Rusiyanın regiondakı hərbi mövcudluğundan narahatdır, lakin onların əsas məqsədləri situasiyanı nizamlamaq olaraq qalır. Stoltenberq Türkiyənin rəsmi Moskva ilə əlaqələri qaydasına salmaq cəhdlərini də alqışlayıb.
Geri qayıt