» » Elman Abdullayev etimadnaməsini prezidentə təqdim etdi

Elman Abdullayev etimadnaməsini prezidentə təqdim etdi

Bölmə: Siyasət
Elman Abdullayev etimadnaməsini prezidentə təqdim etdiAzərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşomeyə təqdim edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, Efiopiya Prezidenti ilə keçirilmiş görüşdə səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını cənab Mulatu Teşomeyə çatdırıb. Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Efiopiya ilə münasibətlərin inkişafında və bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən Elman Abdullayev iki ölkə arasındakı münasibətlərin yeni müstəviyyəyə qaldırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşome öz növbəsində salamlarının və ehtiramının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. Efiopiya Prezidenti cənab Mulatu Teşome ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Azərbaycanın sürətli inkişafının ona böyük təəssürat bəxş etdiyini və Azərbaycanın onun üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Efiopiya Prezidenti Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler