Rəsmi Bakıdan Avropa İttifaqına etirazBölmə: Siyasət, BLOK XƏBƏR
![]() “Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür”. “Xalqinfo” xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında səsləndirib. Mətbuat katibi qeyd edib: “Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycanın ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|