“Bütün liderlər mənə Ermənistan haqqında suallar verirdilər” - PrezidentBölmə: Siyasət, BLOK XƏBƏR
“Bir neçə gün əvvəl Britaniyada, Oksfordşirdə bütün liderlər mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirdilər. Sanki Avropada bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir”. “Xalqinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib. Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlət başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”. |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|