» » Seçicilər geniş imkanlara malik olacaqlar”

Seçicilər geniş imkanlara malik olacaqlar”

Bölmə: Siyasət
Seçicilər geniş imkanlara malik olacaqlar”





“Dairə Seçki Komissiyalarının hər birində namizədlərin sənədlərini yoxlamaq və qeydə almaq üçün məsul işçi qrupu var. Onlar bu gün Bakıya dəvət olunub və bugünkü seminarda onlarla qeydiyyata dair bütün məsələlər müzakirə olunacaq. İstəyirik ki, proses barədə kifayət qədər məlumatlı olsunlar”.

Xalqinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, MSK artıq maarifləndirmə proqramına start verib: “Biz bu proses nəticəsində seçicilərə seçim etmək üçün geniş imkanlar verilməsinin tərəfdarıyıq. Namizədlər bunun üçün öz sənədlərini DSK-ya təqdim etməlidirlər. DSK-lar öz növbəsində bütün sənədləri yoxlayaraq lazımi hüquqi addımlar və namizədlərin səsvermədə adlarının büllütendə təqdim olunması üçün addımlar atmalıdırlar.

MSK həmçinin namizədlər üçün də yaddaş kitabçaları hazırlayıb. Biz hesab edirik ki, Azərbaycan vətəndaşlarının passiv seçki hüququnun təmin olunmasında ciddi addımlar atılacaq. Azərbaycan seçiciləri geniş imkanlara malik olacaqlar ki, öz seçimlərini etsinlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler