» » Bayramov-Mirzoyan görüşündə mühüm razılıq –

Bayramov-Mirzoyan görüşündə mühüm razılıq – Bakıya daha bir müjdə

Bölmə: Siyasət
Bayramov-Mirzoyan görüşündə mühüm razılıq –





ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirildi.

Görüş zamanı tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Vaşinqtonda keçirilən görüşdən gözlənti o qədər də çox deyildi. Yəni konkret bir razılaşmanın əldə edilməyəcəyi bəlli idi. Daha çox sülh sazişinin hazırkı variantının, habelə ümumi sülh prosesi və ehtimal eskalasiya risklərinin müzakirə edilməsi gözlənilirdi. Belə də oldu.

Vaşinqtonun prosesdə yer alması ümumi mənada müsbət haldır. Xüsusilə ABŞ-Rusiya rəqabəti sülhün əldə edilməsini sürətləndirə bilər, lakin Bakı İrəvanla ikili danışıqlarda daha maraqlıdır. Təcrübə göstərir ki, vasitəçilər olmadan keçirilən görüşlərdə əldə edilən nəticələr effektivdir.

ABŞ indiki məqamda Bakını narahat edən əsas məsələ – Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı İrəvana təzyiq edə bilər. Mövcud Ermənistan konstitusiyası sülhün əldə edilməsinə əngəl törədir. Rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çəkməsə, sülh qalıcı ola bilməz. Digər tərəfdən Ermənistanın sülh sazişində üzərinə götürdüyü öhdəliklərdən hüquqi bəhanələrlə yayınmaması üçün də bu məsələ həll edilməlidir.

Tərəflərin Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılmasına dair razılığa gəlməsi onu deməyə əsas verir ki, Vaşinqton Bakını narahat edən konstitusiya məsələsində İrəvana təzyiq edə bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler