» » Putinlə Orbanın görüşü iki saat yarımdan çox davam edib

Putinlə Orbanın görüşü iki saat yarımdan çox davam edib

Bölmə: Siyasət
Putinlə Orbanın görüşü iki saat yarımdan çox davam edib



Macarıstanın Baş naziri Viktor Orban Moskvaya rəsmi səfər edib.

Xalqinfo.az “Kommersant”a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Orban öz saytında Moskva hava limanından foto paylaşaraq “Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır” yazıb.

Xatırladaq ki, Macarıstanın Baş naziri iyulun 2-də Kiyevə səfər edib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

***

Kremldə Putinlə Orban arasında danışıqlar keçirilir.

Tərəflər arasında sonuncu görüş 2023-cü ilin oktyabrında Çində “Bir kəmər, bir yol” forumunda baş tutub.

***

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə görüşün başa çatdığını deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban arasında Moskvada aparılan danışıqlar iki saat yarımdan çox davam edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler