» » Parlament seçkiləri bu tarixdə keçiriləcək

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Bölmə: Siyasət, MANŞET
Parlament seçkiləri bu tarixdə keçiriləcək




Xəbər verdiyimiz kimi, YAP-dan olan millət vəkilləri seçkilərin 2 ay əvvələ keçirilməsi təklifi ilə Prezident İlham Əliyevə müraciət edilməsinə qərar veriblər.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Bu baxımdan növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkiləcəyi gözlənilir.

Azərbaycan Konstitusiyasının V fəslinin 84-cü maddəsinin ikinci bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Əgər təklif qəbul edilərsə, seçki sentyabrın 1, yaxud 8-i tarixlərində keçirilə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler