» » Ziyanı ödəmədiyi üçün tutulan rəisə ağır cəza tələbi - Rütbəsi də alına bilər

Ziyanı ödəmədiyi üçün tutulan rəisə ağır cəza tələbi - Rütbəsi də alına bilər

Bölmə: Siyasət
 Ziyanı ödəmədiyi üçün tutulan rəisə ağır cəza tələbi - Rütbəsi də alına bilər



143 milyonluq mənimsəməyə görə həbs edilən zabitlərdən daha biri-Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə-xidmət rəisi Sadiq Hacıyevin məhkəmə istintaqı yekunlaşıb.

Xalqinfo.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı S.Hacıyevin xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, Hacıyevin mayor rütbəsindən məhrum edilməsi üçün müvafiq təqdimat göndərilməsi təklif edilib.

Prosesə sədrlik edən hakim Rafiq Abbasov müttəhimin vəkili Zibeydə Sadıqovaya çıxışa hazırlaşması üçün iyunun 21-nə kimi vaxt verib.

Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Sadiq Hacıyev dövlətə dəymiş ziyanı ödəmədiyi üçün həbs edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler