» » ARDNF-nin İcraçı direktoruna müavin təyin edildi

ARDNF-nin İcraçı direktoruna müavin təyin edildi

Bölmə: Siyasət
 ARDNF-nin İcraçı direktoruna müavin təyin edildi




Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoruna müavin təyin edilib.

Xalqinfo.az xəbər verir ki, bunula bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Fərman oğlu Bəhramov ARDNF-in İcraçı direktoruna müavin təyin olunub.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.

Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler