Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirirBölmə: Siyasət, BLOK XƏBƏR
ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtıdır. Xaqinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür. |
XƏBƏR LENTİ
01.09.24 22:06 | Parlament seçkilərinin növbəti “Exit poll” nəticələri - Siyahı
21.08.24 12:41 | Saqqal saxlamaq istəməyən 280 polis işdən çıxarıldı
13.08.24 12:23 | Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti qəbul etmədi
12.08.24 15:33 | Elmar Məmmədyarov Rusiyaya səfir gedir?
12.08.24 15:28 | Ən çox şikayət edilən bankların SİYAHISI
12.08.24 15:26 | Kurskda rus qadının Ukrayna əsgərinə bu sözü şoka saldı
12.08.24 15:21 | Rus hərbçiləri Ukrayna ordusuna kütləvi şəkildə təslim olub
12.08.24 15:13 | ABŞ və İngiltərə Yəməni vurdu
12.08.24 15:12 | Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi
12.08.24 15:06 | Prezidentdən başsağlığı
12.08.24 15:04 | Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
|