» » Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Bölmə: Siyasət, GÜNDƏM
Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı








Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göst
Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, Azərbaycanda cəlbedici investisiya mühiti var və xarici investorların maraqları, buraya qoyulan vəsait dövlət tərəfindən qorunur:

"Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları sərmaye qoyulub, bunun 200 milyard ABŞ dolları qyeri-neft sektronun payına düşür. Bu, Azərbaycanda olan münbit sərmaye iqlimin nəticəsidir. Türkiyə şirkətləri də bundan istifadə edir. Belə ki, Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir".

O deyib ki, hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində Türkiyə şirkətləri də yaxından iştirak edir:

"20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, Türkiyədə Azərbaycan şirkətləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib".

Əli Əsədov söyləyib ki, iki ölkə arasında qarşılıqlı investisiyanın həcmi artmaqda davam edir:

"Türkiyə indiyədək Azərbaycana 16 milyard ABŞ dollardan artıq sərmayə yatırıb. Azərbaycanın qoyduğu sərmayenin həcmi isə 20 milyard ABŞ dollarından artıqdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler