Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...
08 may 2024 11:15
Baxış: 209
Şərh: 0
Çap
![Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi... Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...](https://xalqinfo.az/uploads/posts/2024-05/thumbs/1715152593_radev-eliyev.jpg)
Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Xalqinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Prezident Rumen Radev Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
|