» » “Tiktoker Əli Kərimli və dəstəsi toyuq oğrularını siyasi məhbus kimi yazır”

“Tiktoker Əli Kərimli və dəstəsi toyuq oğrularını siyasi məhbus kimi yazır”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Tiktoker Əli Kərimli və dəstəsi toyuq oğrularını siyasi məhbus kimi yazır”





“O insanlara sanksiya tətbiq olunması tələb olunur ki, həmin insanlar ləyaqətlə Azərbaycan dövlətçiliyinə, xalqına xidmət edirlər, ermənilərə qarşı mübarizə aparıblar”.

“Xalqinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib.

“Ata və anasını tanımayan istər Benilüks ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir.

“Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri özlərinin üzvü olan valyuta dəllalları, ev alverçiləri, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Azərbaycan yeganə ölkələrdəndir ki, 700 jurnalistə ev tikib verib”, - deyə millət vəkili bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler