Tokayev sabah Bakıya gəlirBölmə: Siyasət, KİTAB ALƏMİ
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək. Xalqinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. "Martın 11-12-də Prezident Qasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda bildirilib. Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır. |
|