Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir - Türkiyəli deputatBölmə: Siyasət
![]() Türkiyə müxalifətinin təmsil olunduğu "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub. Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Yunus Kılıç məsələ ilə bağlı Modern.az-a bildirib ki, Türkiyənin Azərbaycanla əlaqələrini hazırda yüksək səviyyəyə çatdıran şəxslər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir. “Azərbaycan və Türkiyənin əlaqələri qardaşlıqdan da öndədir. Əlaqələri yüksək səviyyədə davam etdirmək üçün ilk növbədə ölkələr arasında münasibətləri dərindən bilmək lazımdır. Kılıçdaroğlunun ölkələrimiz arasında əlaqələri gücləndirəcəyi şübhə altındadır. Bizim Kılıçdaroğlunun Türk dünyası ilə əlaqələri davam etdirməsinə dair şübhələrimiz var. Amma Türk millətinin onlara belə fürsəti verməyəcəyini də rahatlıqla deyə bilərəm”, - TBMM üzvü vurğulayıb. Deputat Kılıçdaroğlunun yayılan videoya görə üzr istəməli olduğunu bildirib: “Xalq Kılıçdaroğlunun nə dediyini anlamaqda çətinlik çəkir. O, işinə yaradığı kimi danışır. Dövələtlərarası hüquq var, ona görə də belə danışmaq düzgün deyil. Kılıçdaroğlu tezliklə bu məsələyə aydınlıq gətirməlidir. Əgər yanlış başa düşülübsə, Azərbaycandan üzr istəməsi lazımdır. Digər tərəfdən Kılıçdaroğlu eyham vurur ki, əlaqələr daha fərqli olacaq. Amma bildirməliyik ki, bizim əlaqələr pis deyil ki, yaxşı olsun". |
XƏBƏR LENTİ
02.06.23 08:53 | Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok
30.05.23 14:05 | Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
30.05.23 13:58 | Ərdoğan Cənubi Qafqazda faktordur – Moskvadan baxış
30.05.23 13:35 | Ərdoğan inqilabi dəyişikliklər edəcək: Onlar vəzifədən gedir
30.05.23 13:33 | Elxan Qasımov dəfn olundu
30.05.23 13:29 | Vardanyan ÇƏRƏNLƏDİ: "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq"
30.05.23 13:26 | Saakaşvili: Rusiya bu ərazidən parçalanmağa başlayacaq
30.05.23 13:23 | ABŞ Ukraynanı hər şeylə təmin edəcək - Bayden
30.05.23 13:18 | İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan
30.05.23 13:16 | Prezidentlərin geniş tərkibdə görüşü başladı
28.05.23 19:53 | Ərdoğan irəlidədir - Nəticələr açıqlanır
22.05.23 18:46 | Sinan Oğan rəsmən qərarını açıqladı: Bu namizədi dəstəkləyəcək
20.05.23 01:53 | Ərdoğanın Sinan Oğanla görüşü başa çatdı - Yenilənib+Foto
18.05.23 08:45 | İlham Əliyev DTX ilə bağlı fərman imzaladı
17.05.23 15:49 | Ərdoğanın qalib olması üçün neçə min səsi çatmadı?
17.05.23 14:27 | Prezident Myasnikoviçi qəbul etdi
17.05.23 14:25 | İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat
17.05.23 14:22 | "Ermənistan Moskva ilə əməkdaşlıqdan imtina edir" - Paşinyan
15.05.23 04:19 | İlham Əliyev Ərdoğanı təbrik etdi
14.05.23 22:21 | Səslərin 70.39%-i sayıldı: rəsmi nəticələr – Yenilənir
13.05.23 09:21 | Sərhəddəki təxribatın sifarişçisi kimdir?
13.05.23 09:18 | Şəhidimizin fotosu yayıldı
13.05.23 05:26 | Ordumuzun hərbçisi şəhid oldu
13.05.23 00:20 | Ulu Öndərin 100 illiyinə həsr edilmiş yarışın fədakarı
|