TDT liderlərinin Ankara Bəyannaməsi yayıldıBölmə: Siyasət, BLOK XƏBƏR
![]() Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin birgə bəyannaməsi yayılıb. Xalqinfo.az xəbər verir ki, 16 bənddən ibarət Ankara Bəyannaməsində Zirvə görüşünün TDT üçün faydalı olacağı vurğulanıb. Türkiyənin cənub-şərqində baş verən zəlzələ bəyannamədə geniş yer alıb, liderlər zəlzələlərdən sonra bərpa işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə ediblər. Bundan əlavə, onlar təşkilata üzv və müşahidəçi olan dövlətlər, eləcə də dünyanın hər yerindən gələn axtarış-xilasetmə qruplarının işlərini yüksək qiymətləndirib. TDT liderləri Qazaxıstan, Türkmənistan və Türkiyədə qarşıdan gələn parlament və prezident seçkilərinin, Özbəkistanda keçirilən referendumun uğurla nəticələnəcəyinə əminliklərini bir daha təsdiq ediblər. Onlar, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dünyasının birlik və həmrəyliyinə, təhlükəsizliyinə və rifahına güclü və qalıcı töhfələrinə, birlik ruhunun gücləndirilməsində güclü liderliyinə görə minnətdarlıqlarını bildirib, qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünün 2023-cü ilin oktyabrında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçiriləcəyinə dair qərar verilir. |
XƏBƏR LENTİ
24.03.23 18:51 | Məni rus agentləri zəhərləyib, dəqiq xatırlayıram - Saakaşvili
23.03.23 15:15 | Dilarə Əliyevanın səhhəti pisləşdi - Foto
22.03.23 23:38 | Putin Braziliyada həbs olunacaq?
22.03.23 23:25 | Qarabağda müharibə bitməyib, dayandırılıb...
22.03.23 23:20 | “Azərbaycan qadını ailə dağıtmaqla məşğuldur” - Qalmaqallı açıqlama
22.03.23 23:15 | Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
22.03.23 23:11 | Dəhşətli qəzada dünyasını dəyişən Oqtay Əliyev kimdir? - DOSYE
22.03.23 17:49 | Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
22.03.23 17:47 | "Rusiyanın süqutuna hazırlaşmalıdırlar" - Saakaşvili
22.03.23 17:42 | Məşhur icra başçısı yola salınır
22.03.23 17:39 | İran Naxçıvan sərhədinə hərbi texnika yeridir
22.03.23 06:38 | Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü - Yenilənib
21.03.23 10:42 | Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir
21.03.23 10:39 | Yaponiyanın Baş naziri Ukraynaya səfər etdi
19.03.23 13:44 | Putin bu ölkələrin üzərindən belə keçsə həbs olunacaq- Siyahı
19.03.23 13:39 | Hacı Nuran Pərvanəyə elçi çıxdı
19.03.23 13:36 | Prezidentin bəyanatları təsdiqlədi: Sülh olmayacaq!
18.03.23 15:33 | Prezident ailəsi ilə Tərtərə getdi
17.03.23 22:14 | Haaqa Məhkəməsi Putinin həbsi üçün order verdi
17.03.23 15:13 | Eldar Sultanov təqaüdə göndərildi - Fotolar
16.03.23 18:20 | TDT liderlərinin Ankara Bəyannaməsi yayıldı
16.03.23 18:18 | Öz bədənini yeyən qadın - “Dadı mal ətinə bənzəyir”
16.03.23 16:14 | Şeyx Paşinyana çağırış etdi
16.03.23 16:09 | Nazir qəbul keçirdi, 22 qazi işə qəbul olundu
16.03.23 16:06 | Rüşvətə görə tutulan polkovnikin cəzası azaldıldı
|