» » İsraildəki səfirliyimizin rəsmi açılış mərasiminin vaxtı məlum oldu

İsraildəki səfirliyimizin rəsmi açılış mərasiminin vaxtı məlum oldu

Bölmə: Siyasət
İsraildəki səfirliyimizin rəsmi açılış mərasiminin vaxtı məlum oldu





Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb.

"Xalqinfo" xəbər verir ki, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.


Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler