» » Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bölmə: Siyasət, BLOK XƏBƏR
Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub




Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

"Xalqinfo" xəbər verir ki, Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edildi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler