» » Prezident səfirlikdəki hadisəni terror adlandırdı

Prezident səfirlikdəki hadisəni terror adlandırdı

Bölmə: Siyasət, BLOK XƏBƏR
Prezident səfirlikdəki hadisəni terror adlandırdı




Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror hadisəsi kimi qiymətləndirib.

“Xalqinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı tviterdə paylaşım edib.

“Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Azərbaycan Prezidenti yazıb.

Prezident səfirlikdəki hadisəni terror adlandırdı


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler