» » "XİN-də Azərbaycan dilini bilən yoxdur" -

"XİN-də Azərbaycan dilini bilən yoxdur" - AÇIQLAMA (YENİLƏNİB)

Bölmə: Siyasət, MANŞET
"XİN-də Azərbaycan dilini bilən yoxdur" -

Deputat Nizami Cəfərovun açıqlamasına Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq.

XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Unikal"a açıqlamasında bu sözləri dedi:


"Deputat Nizami Cəfərovun fikirlərinə dair Xarici İşlər Nazirliyinin mövqeyi yoxdur. Bizim bu barədə geniş açıqlamamız olmayacaq", - deyə A.Hacızadə qeyd edib.


"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur".

"Xalqinfo" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçiriən iclasında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deputat Nizami Cəfərov deyib.

O bildirib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”, - deyə deputat əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler