"Vergilərdə hər hansı güzəştin olması arzuolunandır" - Elnur AllahverdiyevBölmə: Siyasət
![]() “Bir çox özəl şirkətlər gənclərə sosial sahədə dəstək olmaq istəsə də vergi məsələsinə görə tərəddüd içərisində qalır”. "Xalqinfo" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, bu məsələ ilə bağlı parlamentdə dinləmə keçirilsə yaxşı olar: “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclas keçirək və lazımi qurumları dəvət edərək sponsorların göstərdiyi maddi dəstəyin vergidən azad olunması məsələsini müzakirə edək. Heç olmasa sponsorlar gənclərin qurduğu təşkilata ödədiyi məbləğin ən azı DSMF-sini ödəməsinlər. Bununla bağlı çoxsaylı müraciətlər də alırıq. Odur ki, vergilərdə hər hansı güzəştin olması arzuolunandır”. Komitənin sədri, vitse-spiker Adil Əliyev də öz növbəsində bu kimi problemlərin olduğunu təsdiq edib: “İdmançılara və gənclər üçün ödənilən məbləğə sadələşdirilmiş vergi tətbiq olunsun. Etiraf edək ki, ölkədə idmançılara və gənclərə dəstək mədəniyyəti o qədər inkişaf etməyib. Hər hansı şirkət belə bir dəstək vermək istəyirsə, təbii ki, müəyyən hallarda vergidən azad olunmağı istəyir. Qanunvericilklə bu məsələ tənzimlənsə yaxşı olar”. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
|