» » ABŞ Azərbaycan və Ermənistanı dialoqa qayıtmağa çağırıb

ABŞ Azərbaycan və Ermənistanı dialoqa qayıtmağa çağırıb

Bölmə: Siyasət, MANŞET
ABŞ Azərbaycan və Ermənistanı dialoqa qayıtmağa çağırıb

“ABŞ Azərbaycan və Ermənistanı mübahisələrini həll etmək üçün yenidən mənalı müzakirələrə qayıtmağa çağırır”.

"Xalqinfo" xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bu gün keçirilən ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.O bildirib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və ərazilərin qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə aparan yeganə doğru yoldur:

“Biz həmçinin Azərbaycanla Ermənistanı iddia edilən vəhşilikləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. ABŞ bu regionda bütün xalqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şimali Makedoniya və ATƏT-lə işləməyi səbirsizliklə gözləyir”.

Səfir qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanla bu məsələnin hərtərəfli və davamlı həllinə nail olmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlar və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli, çoxtərəfli şəkildə işləməyə davam edəcək.

ABŞ diplomatı çıxışında Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyətə də toxunub və yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler