» » İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı

İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı VERDİ

Bölmə: Siyasət
İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına və yaxınlarına başsağlığı verib.

"Xalqinfo" xəbər verir ki, mətndə deyilir:
"Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik.

Vaxtanq Kikabidzenin adı sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunub. Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur.

Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilmiş, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilmişdir. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir.

Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler