» » "Ermənistan Laçın dəhlizi ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməməlidir" -

"Ermənistan Laçın dəhlizi ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməməlidir" - Erməni spiker

Bölmə: Siyasət
"Ermənistan Laçın dəhlizi ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməməlidir" -

Ermənistan Laçın dəhlizi ilə bağlı Azərbaycanla danışıqlarda iştirak etməməlidir.

Xalqinfo.az "Unikal"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.O bildirib ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı hissədə tərəf deyil.


Simonyan qeyd edib ki, Qarabağdakı ermənilərin Azərbaycanla birbaşa müzakirələr aparmaq, birbaşa danışmaq imkanı var və bununla onlar özləri məşğul olurlar.

“Ermənistan onların istənilən qərarını dəstəkləyəcək”, - erməni spiker əlavə edib.

Simonyanın sözlərinə görə, Ermənistan xarici işlər naziri Rusiya və Azərbaycan xarici işlər nazirləri ilə dekabrda Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdə Laçın dəhlizi ilə bağlı vəziyyətə görə iştirak etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler