» » Abutalıbovu kölgədə qoyan Əzizov -

Abutalıbovu kölgədə qoyan Əzizov - Bakı nə vaxt düzələcək?

Bölmə: Siyasət, BLOK XƏBƏR
Abutalıbovu kölgədə qoyan Əzizov -






Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin olunmasından 5 ilə yaxın vaxt keçir.
Bəs, ötən 5 ildə paytaxtın idarəçiliyində nələr dəyişib? Eldar Əzizov sələfi Hacıbala Abutalıbovdan yaxşı mənada fərqlənə bilibmi? Yoxsa, paytaxtda durum Hacıbala Abutalıbovun vaxtında olduğundan daha da pisləşib?


Öncə qeyd edək ki, Eldar Əzizov uzun müddətdir icra hakimiyyəti sistemində çalışır.
Belə ki, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışan hazırkı mer 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin, 2003–2011-ci illərdə Gəncə, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırkı vəzifəsinə isə o, 15 noyabr 2018-ci ildə təyin olunub.
Beləliklə, Eldar Əzizovun bu sahədə 24 ilə yaxın təcrübəsi var. Amma etiraf etmək lazımdır ki, xüsusən də Gəncə və Sumqayıtın icra başçısı vəzifələrində çalışarkən, o da sələfi Hacıbala Abutalıbov kimi, daha çox populist addımları (50 metrlik tort) və sahibkarlara qarşı amansızlığı ilə yadda qalıb. Bununla belə, daim mətbuatda ciddi tənqid olunan, hətta gülüş hədəfinə çevrilən Hacıbala Abutalıbov 17 illik yarıtmaz fəaliyyətindən sonra BŞİH başçısı postundan uzaqlaşdırıldıqdan sonra onu əvəz edəcək şəxsin paytaxtın yığılıb-qalan problemlərinin ən azı bir qismini həll edəcəyi gözlənilirdi. Bəs, bu baş verdimi?
Təəssüf ki, Eldar Əzizovun təyinatından ötən müddət ərzində baş verənləri saf-çürük etdikdə bu suala müsbət cavab vermək mümkün deyil.
Bakupost.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler