Putin: “Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq”![]() “Moskva NATO-nun şərqə doğru genişlənməsinin qəti əleyhinədir, çünki bu, Rusiya üçün təhlükə yaradır”. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa və Krıma hücum edərsə, o zaman Rusiya ilə alyans arasında münaqişə yaranacaq: “Ukraynanın doktrina sənədlərində Krımın hərbi yolla qaytarılmasının mümkün olduğu bildirilirsə, təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür, bu o deməkdir ki, Rusiya ilə NATO arasında hərbi qarşıdurma yaranacaq. NATO ilə döyüşməliyik? Ancaq sualın ikinci hissəsi də var: Rusiya ilə döyüşmək istəyirsinizmi? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz? Amma belə də olacaq!”. Putin vurğulayıb ki, Rusiyanın narahatlığını ümumi Avropa təhlükəsizliyi ilə bağlı məsələlər də diktə edir. Rusiyanın prezidenti hesab edir ki, Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, qaliblər olmayacaq. “Mən danışdım, amma çox istərdim ki, nəhayət məni eşidin və bunu internetdə oxucularınıza, izləyicilərinizə və istifadəçilərinizə çatdırasınız: başa düşürsünüzmü, ya yox ki, Ukrayna NATO-ya üzv olarsa və əgər Krımı hərbi yolla qaytarmaq istəsə, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə hərbi münaqişəyə cəlb olunmayacaq?. Qaliblər olmayacaq. Xatrıladım ki, Rusiya Federasiyası nüvə dövlətlərindən biridir”. |
XƏBƏR LENTİ
31.01.23 13:21 | Səhlab Bağırov yeni yaradılan mərkəzin rəisi oldu
31.01.23 12:34 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30.01.23 15:41 | Azər Namazov işdən çıxarılıb
30.01.23 15:36 | Hollandiyadakı etirazda 768 ekoloji fəal saxlanıldı
30.01.23 15:31 | Prezidentlərin geniş tərkibdə görüşü olub
30.01.23 15:30 | Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək görüşü oldu
30.01.23 15:15 | Ukraynalı səfir İran XİN-ə çağırıldı
30.01.23 15:12 | Ərdoğan AÇIQLADI: “Bizi təhdid edənlər...”
30.01.23 14:59 | Güneydə molla rejiminin qeyri-insani rəftarı davam edir
30.01.23 14:58 | Sabah qar yağacaq, yollar buz bağlayacaq
30.01.23 14:51 | Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
30.01.23 14:34 | Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu
30.01.23 14:29 | Orxan Əsgərov dəfn olundu
30.01.23 14:26 | Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
|