» » Yaxın gələcəkdə sənaye partlayıcılarının istehsalı zavodu inşa ediləcək

Yaxın gələcəkdə sənaye partlayıcılarının istehsalı zavodu inşa ediləcək

Bölmə: Siyasət, İqtisadiyyat
Yaxın gələcəkdə sənaye partlayıcılarının istehsalı zavodu inşa ediləcək
“AzerGold”un cari ildə təsis etdiyi ikinci törəmə şirkəti “AzerBlast” MMC sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb.

“Report”un məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

Z. İbrahimov qeyd edib ki, bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır: “Sözügedən şirkətin fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler